Avropa Şurasının Baş katibi Belarusla bağlı bəyanat yayıb

15:51 08-09-2020 | icon 372 | Dünya
Avropa Şurasının Baş katibi Belarusla bağlı bəyanat yayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Belarusla bağlı bəyanat yayıb.

 

Versus.az xəbər verir ki, Avropa Şurasının saytında verilən məlumata görə, təşkilatın Baş katibi Belarusda insan haqlarının təhdid olunması ilə bağlı narahatlığını ifadə edib.

 

"Avropa Şurası Belarusda insan haqlarına qarşı yönəlmiş son təhdidlərdən ciddi şəkildə narahatdır. Koordinasiya Şurasının üzvlərinə edilən təzyiq və təqiblər, vətəndaş cəmiyyəti nümayəndələri və mitinqlərdə iştirak edən sadə vətəndaşların yenidən həbsləri son dərəcə narahatlıq doğurur. Vətəndaşlara kütləvi şəkildə hədə-qorxu gəlinməsi tamamilə qəbuledilməzdir və dayandırılmalıdır. Bu cür qanunsuz tətbiqetmələrin davam etməsi onsuz da çətin vəziyyətin ağırlaşması və gözlənilməz nəticələrə səbəb olması üçün açıq şəkildə risk yaradır. Belarusun qanunsuzluğun və siyasi təqiblərin mövcud olduğu bir dövlətə çevrilməsi təhlükəsi var.

Avropa Şurası adından Belarus rəhbərliyini bu repressiv əməllərə son qoymağa çağırıram. Lazımi islahatların hazırlanması və gecikdirilmədən həyata keçirilməsi üçün vətəndaş cəmiyyəti ilə ədalətli və açıq dialoq aparmaqdan başqa yol yoxdur. Avropa Şurası bu baxımdan kömək təklif etməyə hazırdır",- Avropa Şurasının Baş katibi vurğulayıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI