Anlaşma memorandumu imzalanıb

17:22 27-07-2018 | icon 697 | KİV
Anlaşma memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurası (MŞ) ilə Rusiya Federasiyasının Udmurdiya Respublikasının Jurnalistlər İttifaqı arasında Anlaşma Memorandumu imzalanıb.

 

Şuradan Versus.Az-a verilən məlumata görə, memorandumda birgə konfransların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda, media ilə bağlı kitabların nəşri nəzərdə tutulub.

 

MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində mühüm vasitədir və memorandumda nəzərdə tutulan məsələlərin reallaşdırılması bu baxımdan əhəmiyyət daşıyır.

 

Udmurdiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko deyib ki, sənəd perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu oynayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanla Udmurdiyanın qarşılıqlı əməkdaşlığında elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. O, memorandum çərçivəsində Azərbaycandan Udmurdiyaya, Udmurdiyadan isə Azərbaycana faydalı jurnalist səfərlərinin təşkil olunacağına əminliyini ifadə edib.

 

Udmurdiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva da memorandumun əhəmiyyətindən danışıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI