Naməlum nömrədən gələn zəngin TƏHLÜKƏLƏRİ

08:34 09-09-2020 | icon 569 | Maraqlı
Naməlum nömrədən gələn zəngin TƏHLÜKƏLƏRİ

Sizə zəng edib susurlarsa, məqsəd sizin mövcudluğunuzu yoxlamaqdır. Robot üçün çağırışa verilən cavab səsi abonentin avtikliyinin təsdiqidir. Belə zəngə cavab verəcəyiniz an reklam ismarıcı səslənəcək.

 

“Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova bildirib.

 

“Bir qayda olaraq bank, mobil operator və ya başqa şirkətlə müqavilə imzaladığınız zaman bu cür zənglərə razılıq verirsiniz”, - deyə ekspert qeyd edib.

 

Onun sözlərinə görə, fırıldaqçılar qurbanlarının məlumat bazasını yaratmaq üçün “qara bazar”larda satın alınan bütün nömrələrə kütləvi şəkildə zəng vurur, cavab verilməsini və ya geriyə zəngi əsas götürərək məlumat bazalarını yeniləyirlər.

 

“Zəngə cavab verərkən, çox güman ki, siyahıda nömrənin aktiv olduğunu təsdiqləyən işarə qoyulacaq, sonra dəstək asılacaq. Növbəti dəfə gələn zəng artıq tələ məqsədi daşıyacaq”, - deyə məlumatda bildirilir.

 

“Bəzən də naməlum nömrədən zəng gəlir və cavab gözləmədən dəstək asılır. Bu texnikanın məqsədi sizi geri zəng etməyə məcbur etməkdir”, - deyə əlavə edən mütəxəssis bu halda zəngin özünə görə pul silindiyi, ya da hansısa saxta xidmətin “satılmasına” cəhd edildiyi barədə xəbərdarlıq edib.

 

“Zərərə uğradığınız üçün məhkəməyə müraciət etdiyinizdə isə sizə özünüzün zəng etdiyinizi deyəcəklər”, - deyə o, bildirib.

 

Borovikova ümumiyyətlə tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməməyi tövsiyə edir.

 

“Əgər həqiqi şəxs sizinlə əlaqə qurmaq istəsə, o ikinci dəfə sizə zəng edəcək və ya başqa bir əlaqə yolu tapacaq - məsələn, SMS göndərəcək”, - deyə Borovikova sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı