Deputat əlilliyin təyin edilməsinə ETİRAZ ETDİ
Jalə Əliyeva: "Vətəndaş da qalır TƏBİB-lə rayon arasında"
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva əlilliyin təyin edilməsində ciddi problemlərin olduğunu deyib.
Versus.Az xəbər verir ki, J.Əliyeva qeyd edib ki, seçicilərini qəbul edərkən əlilliyin təyin edilməsi sahəsində ciddi problemlərin olduğu müəyyənləşib.
Millət vəkili bildirib ki, vətəndaşlar əlilliklə bağlı sənədlər təqdim etsələr də, onlara problemlər yaradılır.
“Vətəndaş da qalır TƏBİB-lə rayon arasında. Vətəndaşı dövlətdən narazı salan hallar aradan qaldırılmalıdır”,- deyə J.Əliyeva əlavə edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"