“Fikrimcə, Azərbaycanda bu mexanizm tezliklə yaranacaq”

14:45 09-09-2020 | icon 754 | İqtisadiyyat
“Fikrimcə, Azərbaycanda bu mexanizm tezliklə yaranacaq”

Mürvət Həsənli: “İstintaq ərəfəsində təqsirləndirilən şəxslə saziş mexanizminin müsbət həlli mümkündür”

 

“Azərbaycanının ən böyük oxucu kütləsi olan internet media qurumlarından biri - haqqin.az - mənim iki ilə yaxındır ki, sosial və peşəkar mediada hallandırdığım mövzunu daha da geniş bir şəkildə ön səhifəsinə çıxarıb. Mövzu dövlət qulluqçuları və onlarla bərabərləşdirilən statusa malik insanların məsrəflərinin gəlirləri ilə uzlaşmasının yoxlanılması mexanizminin Azərbaycanda olmaması və bunun da natəmiz məmurlara və onların ətraflarına geniş korrupsiya imkanı yaratmasıdır.

 

Versus.Az xəbər verir ki, bunu haqqin.az saytında işıqlandırılan mövzuya görə özünün “facebook” hesabında Eynulla Fətullayevə minnətdarlığını ifadə edən iş adamı Mürvət Həsənli bildirib.

 

 

 

Mürvət Həsənli əminliklə qeyd edib ki, Azərbaycanda bu mexanizm tezliklə yaranacaq:

 

“Şübhəsiz, korrupsiya mütəşəkkil cinayətin zəncirvarı reaksiyasının çaxmağıdır. Bunu “Azoylkomplekt” adı altında fəaliyyət göstərən qruplaşmanın misalında görürük. Özünün də məhkəmə prosesində açıq aşkar bəyan etdiyi kimi, neft şirkətinin qeyri rəsmi maliyyəçisi Sərraf Məmmədzadə kimi biri dələduzcasına onun-bunun malını oğurlayıb neft şirkətinə satmaq imkanını verdi. Sərraf Məmmədzadə öz dəstəsinə Abbasları, Ayselləri əlavə etdi, birlikdə dövlətə satdıqları malların qiymətini 2-2,5 dəfə artırıb, Azərbaycanın büdcəsini dağıtmağı həyatlarının bir mənası kimi gördülər. Sonra bu oğurladıqları pullara leqal şəkil vermək üçün Türkiyədə erməni diasporunun nümayəndəsi Əli Tuncanyan adlı biri ilə birləşdilər və s.

Bu zəncirvarı reaksiyanın dayandırılması üçün qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək lazımdır - istintaq ərəfəsində təqsirləndirilən şəxslə saziş! Məsələn, Ayseli həbs edib ona təklif etmək lazımdır ki, mütəşəkkil dəstənin üzvlərinin siyahısını və rollarını yaz – sənə şərti cəza veriləcək. Bütün dünyada mütəşəkkil cinayətlə mübarizədə istintaq ərəfəsində təqsirləndirilən şəxslə saziş mexanizmi var və bu bir qanuni mexanizmdir.

Bir sözlə, korrupsiya ilə mübarizə onlarca qanunvericilik normalarına ciddi dəyişiklər tələb edir”.

 

M.Həsənli vurğulayıb ki, mövzü geniş mövzudur və dünyanın qabaqcıl ölkələrinin təcrübəsi haqqında haqqin.az-a geniş müsahibə verməyə də hazırdır.

 

Versus.Az haqqin.az-da işıqlandırılan həmin məqalənin linkini təqdim edir:

 

https://haqqin.az/multimedia/188610

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”