"5-ci kolon"a yeni nəsil hazırlayırsınız?"

22:01 10-09-2020 | icon 423 | Cəmiyyət
"5-ci kolon"a yeni nəsil hazırlayırsınız?"

Elşad Musayev: "...Amma ana dilimizdə erməni ləhcəsi ilə danışırsınız"

 

Yazıçı Çingiz Abdullayev Azərbaycanda rus məktəblərinin sayının kütləvi surətdə artırılmasından narahat olan və rus məktəblərinin sayının azaldılmasını təklif edən milli qüvvələri “Yerli cahil”lər adlandırıb.

 
 
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev yazıçının sosial şəbəkədəki məlum paylaşımından hiddətlənib.
 
 
Partiya sədri hiddətini bu fikirlərlə ifadə edib:
 
 
"Ay kosmopolit, rusbaş “cahil”, heç kim övladlarımızın rus, yaxud da başqa xarici dilləri öyrənmələrinin əleyhinə deyil, amma əksəriyyət kütləvi surətdə rus dilli məktəblərin artırılmasının arxasında hansısa məkirli niyyətlərin olduğunu düşündüyü, gördüyü üçün həyəcan təbili çalır. Nədir, sizlər "5-ci kolon"a yeni nəsil hazırlayırsınız?
Sizi nə narahat edir? Ölkənin ən çox dərc olunan yazıçısısınız, amma bizim doğma ana dilimizdə erməni ləhcəsi ilə danışırsınız. Hələ indiyədək bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal edib ermənilərə verən Rusiya, onun rəhbərliyi barədə doğma rus dilinizdə bir kəlmə etiraz etməmisiniz. Bax bizi bu narahat edir. Bu ölkəni işğaldan sizin kimi kosmopolitlər, rusbaşlar deyil “yerli cahil” dediyiniz milli adamlar, onların övladları azad edəcəklər".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...