11 sentyabr terror aktlarından 19 il ötür

13:54 11-09-2020 | icon 409 | Dünya
11 sentyabr terror aktlarından 19 il ötür

2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 19 il ötür.

Versus.az-ın məlumatına görə, 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Yerli vaxtla saat 08:46-da "Amerikan Airlayns" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Həmin qüllələr təyyarə hücumuna qarşı davam gətirmək üçün kifayət qədər möhkəm tikilib. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağılıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Hücumdan sonra Corc Buş administarsiyası Üsamə Ben Laden və Əl-Qaidə təşkilatının ədalətə təslim olunması və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan edib.

Federal Təhqiqat Bürosu 3 gün ərzində təyyarə oğrularının siyahısını tərtib edib. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlaşdırılıb.

Hər il olduğu kimi, bu il də anım mərasim Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür