"Bu mükafat Şeyxülislama verilə bilər"

14:01 11-09-2020 | icon 448 | Cəmiyyət
"Bu mükafat Şeyxülislama verilə bilər"

Azərbaycandan bu il Nobel Sülh Mükafatına bir namizəd - bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə təsdiqlənib.

 

Versus.az xəbər verir ki, bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub. Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Azərbaycandan cəmi bir namizədin təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh Mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib. A.Paşazadə bundan əvvəl də Nobel Sülh Mükafatına namizəd göstərilib. Şeyxlə bərabər ABŞ prezident Donald Trampın, Boliviyanın keçmiş prezidenti Evo Moralesin də 2020 Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.  2019-cu il Nobel Sülh mükafatı isə Efiopiyanın baş naziri Abiy Ahmedə verilib. Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verilib. 

 

1962-ci ildə Sülh üzrə Nobel mükafatı laureatı olan Laynus Polinq iki dəfə şəriksiz şəkildə Nobel mükafatına layiq görülən yeganə şəxsdir.

2014-cü ildə 17 yaşında Sülh üzrə Nobel mükafatına layiq görülən Məlalə Yusəfzay ən gənc laureatdır. Nobel Sülh Mükafatının indiyə qədər 124 laureatı olub ki, bunlardan 100-ü fiziki şəxs, 24-ü isə təşkilatdır. Münsiflər heyəti bir zamanlar Hitler, Stalin, Mussolini kimi namizədliyi təqdim olunan şəxslərə “yox” cavabı verib. Elə Çörçil, Taft, Ruzvelt, Trumen, Adenauer, Nehru kimi tanınmış liderlərin də namizədliyinin təqdim olunmasına baxmayaraq, mükafatı ala bilməyiblər.  Lakin SSRİ-nin dağılması müsbət hal olsa da, bu mükafatın Qorbaçov kimi şəxsə hansı xidmətlərinə görə verilməsi müəmmalıdır, daha çox siyasi maraqlara xidmət edir. 

Etibar Əliyev: “Ölkənin birinci təhsil eksperti mənəm”

Deputat, Nobel araşdırmaçısı Etibar Əliyev yerli mediaya bildirib ki, bu mükafatlar Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir: “Nobel deyir ki, ”mənim realizə olunan bütün mülkiyyətim aşağıdakı qaydada bölüşdürülməlidir: mənim bütün kapitalım yaxınlarım tərəfindən etibarlı saxalanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə ötən illərlə müqayisədə daha böyük fayda gətirə bilən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməli və təltif bu şəkildə aparılmalıdır: 1-ci hissə fizika sahəsində mühüm kəşf və ixtiralara nail olan şəxsə, 2-ci hissə kimya sahəsində mühüm kəşf edən şəxsə, 3-cü hissə fiziologiya və tibb sahəsində əhəmiyyətli kəşf edən şəxsə, 4-cü hissə ədəbiyyat sahəsində “ideal yönümlü” mühüm əsərlər yaradan şəxsə, 5-ci hissə isə millətlərin dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, eləcə də sülhpərvər qüvvələrin konqreslərini təşkil edən şəxslərə verilsin". 

Yeri gəlmişkən, Nobel Sülh Mükafatı Norveç Stortinqində (parlamentdə) səsə qoyulur və digər sahələr üzrə mükafatlar isə İsveç Kral Akademiyasında verilir. Deputatın sözlərinə görə, Şeyx torpaqlarımızın işğaldan azad olunmasında din xadimləri ilə birgə fəaliyyətini və regionda obyektiv sülhün əldə olunmasında rolunu gücləndirməlidir: "Obyektiv sülh dedikdə söhbət torpaqlarımızın işğaldan azad edildikdən sonra bağlanılan sülh müqaviləsindən gedir. 

Əlbəttə ki, Şeyxin Nobel Sülh Mükafatına namizədliyi labüddür. Ümumiyyətlə, bu namizədlərin verilməsi irəli sürülməsində, tanınmış din xadimlərinin, siyasətçilərin Nobel Sülh Mükafat almasında maneçilik yoxdur". 

E.Əliyev qeyd etdi ki, Şeyx müsəlman aləmində və dünyada tanınmış şəxsdir: “Xeyli din xadimləri münaqişələrin yatırdılması, sülhün əldə olunması və bəşəriyyətə fayda gətirən humanist addımları ilə bu mükafata layiq görülüblər. Hesab edirəm ki, Şeyx müsəlman ölkələrində və bölgədə münaqişələrin yatırılmasında fəaliyyətini daha da genişləndirməlidir. Onun dini liderlərin təşkil etdiyi konqreslərdə iştirakının şahidi olmuşuq. Özünün təşkilatçılığı ilə də konfranslar keçirilib”.

Hacı Şahin Həsənli: İnsan ehtiyatsızlıqdan virusa yoluxub ölərsə intihar,  başqasını yoluxdurarsa qatil hesab olunur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, Şeyxülislamın namizədliyinin təsdiqlənməsi əlamətdar hadisədir. Onun sözlərinə görə, müasir dövrdə din xadimləri siyasi proseslərə bu və ya digər şəkildə təsir etmək imkanına malikdir. Hacı Şahinin fikrincə, dünyada müxtəlif münaqişələr, müharibələr var və Qərbdə hər zaman tolerantlıqdan danışılır, din xadimlərinin sülhün bərqərar olmasında rolu qeyd edilir:

“Əgər Nobelin irəli sürdüyü meyarlara uyğun şəkildə təqdim olunarsa, obyektiv yanaşma ortaya qoyularsa, elə bilirəm ki, bu mükafat Şeyxülislama verilə bilər. Onun dinlərarası münasibətlərə, dialoqa çox böyük töhfəsi olub, dünyada və regionda nüfuzlu şəxsiyyətdir. Bu istiqamətdə dialoqun möhkəmlənməsi üçün fəaliyyətini davam etdirir. Ona görə də müsəlman din xadiminin Nobel Sülh Mükafatına layiq görülməsi çox müsbət hadisə olardı".

Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır./Yeni Müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...