İraqda bir türk şəhəri, bizlərə ürəkdən, candan qardaş deyən Kərkük

11:12 30-07-2018 | icon 1185 | Cəmiyyət
İraqda bir türk şəhəri, bizlərə ürəkdən, candan qardaş deyən Kərkük

Anaya “Nənə”, Dədəyə “Xoca”, Nənəyə “Bibi”, Bibiyə “Atə”- deyən Kərkük

 

 

RÜFANƏ GÜNƏŞ yazır

/Reportaj/

 

İsti bir iyul günündə toyumuzu etmək üçün Kərkükə yol aldıq. Avtobus biletimizi alıb Ankaradan yola çıxdıq. Sərhədə çatanda ilk diqqətimi çəkən Kürdüstan bayrağı oldu. Türkiyə İraq sərhəddində Kürdistan yoxlamasından keçib günəşin yandırdığı İraqa daxil olduq...

 

Nişanlım pasportunu itirmişdi. Əlində keçici pasportu var idi. Bir pasportun doğru olub olmadığını yoxlamaları 4 saat çəkdi. Çünkü İraqda hər şey üçün Bağdada zəng vururlar. Mən düşündüm yoxlama bu 4 saatla bitti. Hara bitir? Hələ yeni başlayırmış. Ərbil də daxil olmaqla Kürdistan əsgərlərinin sayısız pasport yoxlamasından keçdik. Yoxlamalar Kərkükə qədər bitmədi. Ərbildən Kərkükə qədər də İraq Şiə Yönətiminə bağlı polislərin yoxlamasından keçdik. Ərbil Kərkük arasındakı köprü partladıldığı üçün 1 saat yarımlıq yolu 4-5 saata getdik.

Və Kərkük. Səddam Hüseyn dönəmində ərəblərin gətirildiyi etnik mənsubiyyəti dəyişdirilməyə çalışılan, türkmənlərin, kürdlərin və ərəblərin yaşadığı, türklərin sıxışdırıldığı, kürdlərin türkmənləri və ərəbləri, türkmənlərin ərəb və kürdləri, ərəblərin türkmən və kürdləri (ama yenə də ərəblər və türkmənlər arasında böyük bir nifrət görmədim) sevmədiyi şəhər. İsti, tozlu, quru və sarı şəhər. Qadınların küçələrdə çox az görüldüyü şəhər. Və mənim dilimdə danışan şəhər.

 

Kərkükdə on gündən artıq qaldıq. Səddam Hüseyn dönəmində dağıdılan Kərkük qalasını, Kərkükün ən böyük bazarı olan Kayseri bazarını, Kərkükün ən yaşlı məhəlləsi Musallanı gəzdim və təbii ki, bütün qohumlara qonaq getdim. Qonaq çox sevilir. Burdakı insanların gəzmək yeri bir birlərinə gedib gəlməkdir. Kərkükdə hələ də yer süfrəsi sərilir.

 

Bizim toyumuz günü iyulun 18-də 4 bomba partladı. Toyun sonuna doğru biz də bombalardan birinin səsini eşitdik. İnsanlar artıq bombaya o qədər öyrəşib ki, yaralı olub ölən olmadığına şükr edirlər. Hər kəs 20-30 il əvvəlki Kərkük üçün darıxır. İnsanların İraqın get-gedə batdığını düşünürlər. Dövlət idarələri daxil olmaqla burada hər iş çox çətinliklə irəliləyir.

 

İraqda nə gördüm?

 

İraq idarəetmə olaraq bölünüb.

Kərkükdən kürdlər qovulduqdan sonra türkmənlərə qarşı nifrətləri daha da artıb.

Sərhəd də daxil olmaqla pasportumuzu yoxlayan kürd məmurlar kürd dilindən başqa bir dildə danışmırlar və danışana da cavab vermirlər. Yoxlama zaman avtobusa gələn məmur soruşur: Aranızda ərəb var və yaxud aranızda türkmən var?

Ərbilə maddi yatırımlar çoxdur və şəhərin görüntüsü Kərkükə görə çox yaxşı vəziyyətdədir.

Qeyd edim ki, Ərbildə artıq çox az türkmən qalıb qalanlar da kürdləşib. Kərkükdən Ərbilə gedənlər oraya giriş çıxış etmək üçün keçici vəsiqə almalıdırlar. Orada yaşamaq istəyirlərsə bu prosedur daha da çətinləşir.

 

İraqın ən böyük problemi isti və elektrik problemidir. Hər dəqiqə elektriksiz qala bilərsiniz. Bütün evlərdə generator çalışır.

 

Getdiyimiz gün yəni 14 iyulda sadəcə dövlət idarələrinə internet verilirdi. Ölkənin cənubundakı nümayişlərlə əlaqədar olaraq bütün ölkədə internet kəsilmişdi.

 

Burada qadınlar küçələrə yalnız çıxmırlar. Hətta taksiyə də yalnız minmirlər. Çünkü qaçırılma hadisələri çox olur. Ama diqqətimi çəkən türkmənlərin qadınlarına çox dəyər verməsidir. Hər evdə buna şahid oldum. Ərəblərin qadınlara münasibətini zərrə qədər bəyənmirlər.

 

İraqın pul vahidi dinardır. 100 dollar 122000 dinar edir.

 

Kərkükə girəndə sağ tərəfinizdə yanan neft quyusu görürsünüz. Neft ingilis şirkətlərinin əlindədir.

 

Kərkükdə və Ərbildə gördüyüm markaların çoxu Türkiyəyə aid idi.

 

 Burada nəqliyyat vasitəsi şəxsi maşınlar və taksidir. Şəhər içi dolmuşlar olsada istifadə edənlər çox azdır.

 

Azərbaycan deyəndə üzlərində güllər açır. Qardaşımız deyirlər. Hər kəs tanıyır və sevir.

 

Məşhur yeməkləri Biryani, Dolma (ilk dəfə burada zılık və soğan dolması gördüm), Maklube, Şeyx Maxşi, ən çox hazırladıqları şirniyyatları külçədir.

 

Hər yerdə silahlanmış polis görə bilərsiniz.

 

Günorta açıq mağaza və küçədə insan tapmaq çətin işdir. İstidə kimsə evindən çıxmaq istəmir. Həyat saat 4 ya da 5- dən sonra başlayır.

 

Türkmənlərin milli geyimləri Zubın Ceketdir.

 

Bazarda bir şeyin qiymətin soruşanda deyirler: Bu niyedir?

 

Biri biriyle söhbet edende onun adını çağırmaq istəsə deyir: Ali nənəsi, Ali babası. Böyük oğlanın adıyla çağırırlar, əgər oğlu yoxdursa qızının adıyla müraciət edirlər.

 

Soyuducuya- telece, otağa-urfa, xalaya- deyzə, əmiyə-əmmu, polisə- şurta, şadlıq evinə kayə deyirlər.

 

Bütün ağır şərtlərə baxmayaraq Kərkükü sevirlər, türklüklərini qoruyurlar, dillərini qoruyurlar, yeni evlər tikirlər və ən kiçik şeydən xoşbəxt olmağı bilirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı