ABŞ Rusiyanı havadan və sudan sıxışdırır 

15:30 11-09-2020 | icon 803 | Dünya
ABŞ Rusiyanı havadan və sudan sıxışdırır 

Son vaxtlar  ABŞ-ın strateji nüvə bombardmançıları və kəşfiyyat təyyarələri Rusiyanın hava sərhədləri yaxınlığında tez-tez intensiv uçuşlar həyata keçirirlər. Bu məsələyə ilk dəfə olaraq, şimal qonşumuzun müdafiə naziri Sergey Şoyqu şərh verib.

 

Versus.az Virtualaz.org-a istinadən  xəbər verir ki, müdafiə naziri “Rossiyskaya qazeta”-ya açıqlamasında situasiyanın hazırda çox gərgin olduğunu deyib. Onun sözlərinə görə, NATO qırıcıları və bombardmançıları Rusiyaya raket zərbələrini imitasiya edir, üstəlik bir neçə istiqamətdən.

Qəzet qeyd edir ki, NATO strateji bombardmançıları müntəzəm olaraq Rusiya ərazisinə raket zərbələri endirilməsi üçün məşqlər keçirir. Sergey Şoyqunun sözlərinə görə, əvvəllər əsasən kəşfiyyat aviasiyasının uçuşları müşahidə olunurdu, indi isə Rusiya sərhədləri yaxınlığında tez-tez zərbə təyyarələri uçmağa başlayıb.

 

“Hazırda müntəzəm uçuşlar başlayıb və həmlələr, raket zərbələrinin imitasiyası məşq edilir, o cümlədən böyük sayda təyyarələrin iştirakı ilə”,- Sergey Şoyqu bildirib.

Heç şübhəsiz ki, NATO dedikdə ilk ağıla Birləşmiş Ştatlar gəlir. Çünki qurumda əsas söz sahibi ABŞ sayılır. Bütün bunlardan çıxış etsək, NATO-nun məşqlərinin arxasında Amerikanın dayandığını da söyləmək olar.

Bu arada amerikalıların şimal istiqamətindəki fəaliyyətləri də gözdən qaçmamalıdır. Belə ki, rəsmi Vaşinqton Norveçin dəniz sahillərində daimi dislokasiya mərkəzi yaratmağı planlayır və “Seawolf” sinfindən olan sualtı qayıqların Norveç portlarına daxil olması buna bariz misaldır. Sözsüz ki, hadisələrin bu cür gedişi ilə bağlı Rusiya dərin narahatlıq keçirir, çünki bütün qərb sərhəd perimetri boyunca Rusiyanın öz içinə doğru sıxışdırılmasının şahidi oluruq. Ukrayna demək olar ki, əldən çıxıb, Belarusdakı vəziyyət Moskva üçün heç də ürəkaçan deyil.

Göründüyü kimi, Krımın və Donbasın işğalından sonra Rusiyanın geostrateji maraqlarına qarşı adekvat tədbirlər görülür. Elə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Seawolf” sinfindən olan sualtı qayıqlarının Norveçdə yerləşdirilməsi də həmin tədbirlər planının tərkib hissəsidir.

Bütün bunlar dünyanın iki supergücünün üz-üzə gəlməsinin mümkün olub-olmadığı barədə yeni-yeni suallar yaradıb. Kremlin sahibi Vladimir Putinin bu basqılardan necə qurtulacağı da çoxsaylı suallar sırasındadır.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

 Əhəd Məmmədli: “Bunlar hamısı bir-birlərini dayandırmaq üçün atılan addımlardır”

Politoloq Əhəd Məmmədli istənilən halda müharibənin olmayacağını düşünür: “İkinci dünya savaşında alman sualtı qayıqlarının qarşısında bütün Avropa aciz qalmışdı. O zaman Almaniyanın sualtı qayıqlarının qarşısını ABŞ-la Böyük Britaniya almışdı. Soyuq müharibə zamanı Reyqan Birləşmiş Ştatların atom daşıyan sualtı gəmilərini Baltik dənizinə göndərmişdi. O vaxt bu SSRİ üçün çox ciddi siqnal olmuşdu. Dünyada ən güclü sualtı donanmasına ABŞ malikdir. Rəsmi Vaşinqton bu hərbi üstünlüyünü yenə də Rusiyaya qarşı istifadə edə bilər. Son dönəmlər ABŞ quru, hava, sudan və ümumiyyətlə, hər yerdən Rusiyanın üstünə gedir. Tiflisdə Amerikan texnikası əsgərlərlə marş edir. Norveç sahillərinə ABŞ sualtı gəmiləri ilə gəlir, Baltikyanı ölkələrə əlavə hərbi kontingentini yeridir. Bu arada Azərbaycanda NATO-nun digər ölkəsi Türkiyə genişmiqyaslı və uzunmüddətli hərbi təlimlər keçirir. Rusiya hər tərəfdən NATO tərəfindən mühasirəyə alınır. Ona görə Şoyqu bu cür narahat çıxışlar edir. Lakin ABŞ və Rusiya arasında müharibə gözləmirəm. İki ən böyük nüvə derjavası olan ölkələr arasında açıq müharibə mümkünsüzdür. Bunlar hamısı bir-birlərini dayandırmaq üçün atılan addımlardır. Necə ki, ABŞ-la SSRİ arasında açıq müstəvidə müharibə olmadı, elədə də, ABŞ-la Rusiya arasında müharibə olan deyil. Fikrimcə, ABŞ SSRİ-də olduğu kimi, Rusiyanı da içdən almağa çalışacaq”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Elşən Mustafayev: “ABŞ və Qərb Rusiya ilə müharibə etməyi düşünmür, çünki...”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev də müharibə ehtimallarının olmadığından söz açdı: “Son 6 ildə Rusiya və ABŞ arasında gərginləşən münasibətlər olduğu kimi davam edir və proses planlı şəkildə Rusiyanı zəiflətməyə xidmət edir. Aydın görünür ki, bu qarşıdurma gedişində hələ ki, itirən Rusiyadır. Daxildə iqtisadi çətinliklər son vaxtlar siyasi etirazlar formasında özünü göstərməyə başlayıb . Xabarovskda , Ufada insanların etirazlara qalxması konkret səbəblərlə bağlı olsa da, indiyədək bu səkildə siyasi xarakterli etirazları görmürdük. Belarusda baş verən hadisələr də eyni ilə nəticə olaraq Rusiyanın strateji maraqlarına qarşı ciddi təhdidlər yaradır. Bütün bunların fonunda təbii ki, Rusiya çox narahatdır. Amma bunlarla konkret olaraq ABŞ-ı ittiham edə də bilmir. Çünki onlar birbaşa Rusiyaya qarşı hansısa aqressivlik nümayiş etdirmirlər. Məhz bu cür yanaşma Moskvanı hər zaman qəzəbləndirib. Ona görə də mütəmadi olaraq bəyanatlar verirlər ki, ABŞ yaxud NATO Rusiyanı hərbi müdaxilələrlə təhdid edir və s. Halbuki heç kimin Rusiyaya hərbi müdaxilə etmək fikri yoxdur. Çünki söhbət nüvə nəhəngi olan dövlətdən gedir və müdaxilə olarsa kimin qazanacağı bəlli olmayacaq. İqtisadi sanksiyalar varsa, sərhədlərindəki dövlətlərin onların orbitlərindən çıxması prosesi davam edirsə, deməli addım-addım ABŞ istəyinə doğru gedir. Bunlara cavab vermək iqtidarında olmayan Rusiya isə yalnız hərbi dillə danışmaq qabiliyyətində olduğunu göstərir. Əminəm ki, onun provokasiyalarına getməyəcəklər. NATO-nun hərbi əməliyyatlarını özlərinə qarşı təhlükə kimi hesab etmələri isə dediyim səbəblərdən doğur və düşünülmüş bir taktikadır. NATO adı çəkilən zonalarda uzun illərdir ki, hərbi təlimləri mütəmadi həyata keçirib. Necə ki, həmin akvatoriyalarda Rusiya özü də tez-tez təlimlər keçir. O zaman nədən bu qədər hay-küy salınır?

Düşünürəm ki, belə ittihamlarla daxildə olan, günü-gündən artan siyasi narazılıqların patrioatik ruhla əvəz olunmasına və bu yolla xarici düşmən obrazını qabartmaqla bir müddət daxili gərginlikdən azad olmağa çalışır. İkincisi isə tez-tez bu cür təhdidlərin olmasını vurğulamaqla ABŞ-ı Rusiyaya qarşı müharibə etməyə hazırlaşdığını beyinlərə yeritmək istəyir və xüsusilə, Avropa ölkələrini qorxudur ki, belə bir müharibə olacağı halda dağıntılar altında ABŞ yox, siz qalacaqsınız. Çünki yaxşı bilir ki, bir çox Avropa dövlətləri münasibətlərin qaynar fazaya keçməsindən çox qorxurlar. Hesab edirəm ki, ABŞ və Qərb Rusiya ilə müharibə etməyi düşünmür, çünki bu onların Rusiyanı çökdürmək planlarına ziddir. Bunu yaxşı anladığından, yəni daxildə vəziyyətin getdikcə gərginləşdiyini görən Putin isə böhrandan çıxmaq üçün bütün yollara əl atır və atacaq. Lakin indiyədək atdığı addımlardan fərqli, yəni qarşıdurmanı yumşaldacaq addımlar atmayacaqsa vəziyyəti gələcəkdə daha da ağırlaşacaq. Eyni zamanda ABŞ –ın Kremlin provokasiyalarına gedəcəyinə də inanmıram”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin