Bakıda gitaraçını öldürən oğul barəsində qətimkan tədbiri seçildi

17:58 11-09-2020 | icon 393 | Hadisə
Bakıda gitaraçını öldürən oğul barəsində qətimkan tədbiri seçildi

Bakıda ehtiyatsızlıqdan adamöldürmədə ittiham edilən Şövqü Süleymanlı barədə qərar verilib.

 

Versus.az xəbər verir ki,Ş.Süleymanlı sentyabrın 8-də şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Sentyabrın 10-da isə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 8-i saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Bildirilib ki, daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilib, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Ş.Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası N.Süleymanlının adına olan "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası N.Süleymanlının kürək nahiyyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, N.Süleymanov tanınmış gitara ifaçısıdır. O, bir çox məşhur müğənniləri müşayiət edib.

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı