"Allahşükür Paşazadəyə qarşı antitəbliğat gözlənilən idi"

22:11 11-09-2020 | icon 345 | Cəmiyyət
"Allahşükür Paşazadəyə qarşı antitəbliğat gözlənilən idi"

Əlisahib Hüseynov: "Şeyxin Nobel Sülh Mükafatına namizədliyi təsdiqləndikdən sonra başladılar"

 

"Gözlənilən idi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına namizədliyinin təsdiqlənməsindən sonra ermənilərin onunla bağlı antitəbliğat kampaniyasına başlamasına əsla təəccüblənmirəm".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
 
 
Partiya sədri vurğulayıb ki, düşmən ölkənin jurnalistləri, siyasətçiləri, blogerləri A.Paşazadənin haqqında “erməni düşməni”, “millətçi”, “qanunsuz beynəlxalq ticari əməliyyatlarda adı keçən”, “narkobaron” və s. kimi çirkin ifadələrdən istifadə edirlər:
 
 
"Onlar Bütün Qafqazın Şeyxinə qarşı total şəkildə qaralama kampaniyasına başlayıblar. Çünki adları üstündə. Düşməndirlər. Məgər düşmənimiz istəyərmi ki, Azərbaycanın (və bütün Qafqazın) Şeyxinin Nobel Sülh Mükafatına namizədliyi qeydə alınsın və bu ödülü qazansın? Yox, əsla istəməz. Hərçənd ki, hörmətli Şeyximiz indiyə qədər müsəlmanlarda ermənilərə qarşı nifrəti körükləyən bircə kəlmə də fikir səsləndirməyib. O, həmişə dinc qonşuluqdan yana olub, barşa səsləyib və Ermənistanın dini liderlərini – katolikoslarını da hər zaman sülhə çağırıb. Lakin ermənilərin təcavüzkar və xain xisləti onları bizim dini liderimizə qarşı tolerant yanaşmalarına mane olur. Allahdan uzaq düşən, İslam dininə hörmətlə yanaşmağı bacarmayan, məscidlərimizi mal-heyvan tapdağına çevirən, qəbirlərimizi, dini abidələrimizi dağıdan ermənilərin Şeyximizə sayğı ilə yanaşmaları və onun Nobel ödülünə namizədliyinə xoş baxmaları əsl möcüzə olardı".
 
 
Əlisahib Hüseynovun fikrincə, bu gün ermənilərin A.Paşazadəyə göstərdikləri kin, nifrət bütövlükdə xalqımıza qarşı bəslədikləri sonsuz nifrətin bir təzahür formasıdır:
 
 
"Nifrətlə nəfəs alan, türkofobiya ilə yaşayan, kin qusan bir millətlə qonşu olmağımız nə yazıq ki, acı qismətimizdir. Allah millətimizə həm səbir versin, həm də Qələbə qismət eləsin".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI