Azərbaycanın Baş nazirləri niyə duelə çıxmışdılar...
Nəsib bəy Usubbəyli müstəqil Azərbaycan Respublikasının Baş naziri (və eyni vaxtda daxili işlər naziri) olmuşdu. Sonra iş elə gətirdi ki, bolşevizm dövründə Nəriman Nərimanov da Azərbaycan SSR-in Baş naziri oldu.
Bəlkə də çoxları bilmir ki, əvvəllər onların hər ikisi eyni cəbhədə dururdu. Sonralar yolları ayrıldı.
Onların fərqli cəbhələrə keçməsində fərqli milli-siyasi baxışlarla yanaşı, sırf subyektiv-şəxsi amillər də rol oynayırdı. Belə ki, vaxtilə Nəsib bəylə Nəriman bəy Odessada eyni vaxtda oxumuşdular. Hər ikisi İsmayıl bəy Qaspralının qızı Şəfiqə xanımı sevirdi. Hətta onların arasında dava düşmüşdü və gələcək Baş nazirlər silah götürüb duelə çıxmışdılar. Şəfiqə, xanım sonucda Nəsib bəyi sevib-seçmişdi...
Bəs ictimai- siyasi baxışlarına, seçdikləri hədəfə, getdikləri yola görə onlardan hansı daha haqlı idi?
Tarix göstərdi ki, ... hər ikisi haqlı imiş... Amma hər biri öz dövrünə görə...
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"