"Heç bir din xadimi sıxışdırılmır"

13:29 30-07-2018 | icon 487 | Siyasət
"Heç bir din xadimi sıxışdırılmır"

"Sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyyatdır".

 

Versus.Az Trend-əistinadən xəbər verir ki, millət vəkili Elman Məmmədov bildirib ki, həmin şəxslər Azərbaycanda dini vəziyyətdən və dindarlara yaradılan şəraitdən xəbərsiz olan radikallardır:

 

"1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından indiki dövrə qədər nəzər salsaq, nə görərik? Azərbaycanda yüzlərlə yeni məscidin tikilməsini, həmçinin başqa dinlərə sitayiş edən millətlərin nümayəndələrinə şərait yaradılmasını, Azərbaycanda yaşayan xristianlar üçün kilsələr, yəhudilər üçün sinaqoqların inşasını. Bundan başqa, Azərbaycanda dini təhsilin inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycanda din xadimlərinə dövlət tərəfindən ən yüksək diqqət göstərilir. Azərbaycanda heç bir dindar, heç bir din xadimi sıxışdırılmır. Heç bir vətəndaş dininə, inancına görə təqib olunmur".

 

E.Məmmədov qeyd edib ki, Azərbaycanda din pərdəsi altında cinayət törədən şəxslər hamı kimi qanun qarşısında cavab verir:

 

"Həmin şəxslər din adından sui-istifadə edib dövlətə qarşı, qanunların ziddinə hərəkət edirlər. Təbii ki, onlar nizam-intizama dəvət olunurlar. Həmin şəxslərə başa salınır ki, din pərdəsi altında başqa əməllər törətmək olmaz. Onlar məhz qanunu pozduqlarına görə cəzalandırılır".

 

Deputat vurğulayıb ki, bəzi qüvvələr Gəncə hadisələrində əli olanların saxlanılmasını dindarların təqib edilməsi kimi qymətləndirir:

 

"Halbuki Gəncədə baş verənlərin nə olduğunu hamı gördü. Burada dövlət məmuruna qarşı sui-qəsd təşkil olundu, sonra da asayiş keşikçiləri qətlə yetirildi. Bu, konkret cinayətdir. Dövlət də bu cinayəti qanuna uyğun şəkildə qiymətləndirdi və təqsirkarlarla bağlı qanuni tədbir gördü".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI