Gürcü alimləri erməni həyasızlığı barədə
“Gürcü patriarxı-katalikos II İlyanının (1933) təşəbbüsü ilə 24-26 noyabr 2005-ci il tarixində Tbilisi şəhərində “Xristianlıq həyatımızda: keçmişdə, indi, gələcəkdə” mövzusunda keçirilən II Beynəlxalq simpoziumda “Gürcüstanda erməni eparxiyası” başlıqlı çıxışında hay nümayəndəsi Levon İsaxanyan məlumat vermişdi ki, 1995-ci ildə İrəvan şəhərində hayca “Gürcüstanda erməni kilsələri” adı altında nəşr edilən xəritə-məlumat toplusunda Gürcüstanda 600-dən çox erməni kilsəsi təsvir olunub” .
Gürcüstan Mühəndislik Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, rəssam, yazıçı-publisist Vaja Vladimiroviç Kakabadzenin “Məkr, yalan və əxlaq” əsərində (Tbilisi şəhəri, 2020) hay kilsəsinin və ibtidai hay sürüsünün bioloji-fizioloji strukturunun təməl ünsürləri tarixi faktlar və baş vermiş hadisələr əsasında qiymətləndirilmişdir. Onların davaranışı, həyat tərzi, ictimai münasibətlərinin mayasında duran hiyləgərlik, məkr, yalan, saxtakarlıq... amillərinin real həyatımızdakı (keçmişimiz və günümüzün timsalında, gələcəyimiz qalıb Allah amanına) qanlı izləri qonşu Gürcüstanda və gürcü xalqında da eyni dərəcədə narahatlıq yaratmışdır. Həmin ölkədə son illərdə nəşr edilən kitablarla və kütləvi informasiya mənbələrində təbliğ edilən etibarlı məlumatlarla tanış olmaq Azərbaycan oxucuları üçün də maraqlı ola bilər.
V.Kakabadzenin adı çəkilən əsərində əsas diqqət “ermənilər”in (hayların) və kilsələrinin Qafqazda, xüsusilə Cənubi Qafqazda yaşayan yerli, kökənli xalqlarla yönəlik münasibəti, əsasən gürcülərə, osetinlərə və azərbaycanlılara qarşı keçmişdə və indi yürütdükləri məkrli, saxta və hiyləgər siyasətinə daha çox diqqət yetirilmişdir.
İbtidai hay icmasının əsl xislətinin açımına aid bu məzmunlu yazılar kitabda “Hiylə və ya axmaqlıq”, “Ermənilərin qanlı izləri”, “Abxaziyada ermənilərin məkri”, “V.Ardzinbanın erməni memuarı”, “Samaçabloda (Sxinvali regionu) erməni hiyləsi”, “Azərbaycana, Gürcüstana və Rusiyaya qarşı ermənilərin iqtisadi təxribatı”, “Ermənilərin yalanı və əxlaqı”, “İlya Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” kitabının qısa məzmunu”, “David Maysuradze və digər mötəbər alimlər tərəfindən İ.Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” kitabının təhlili”, “Erməni miflərinin ifşası”, “Erməni millətçiliyi”, “İnquşetiyada, Çeçenistanda və Dağıstanda gürcü pravoslav kilsəsinin himayəsində olan “erməni yazılarının” təhlükəsi və saxtakarlıq təklifi”, “Antigürcü həddi və Abxaziyada daşınmaz “qənimət”, “İcmal”, “Həbəş tarixçisi Tekoloy Xaqos”, “Donald Reyfild - ingilis ədəbiyyatşünası, tarixçisi” başlıqları ilə verilmişdir.
Kitabın giriş hissəsində (səhifə 4-12) hay kilsəsinin və sürüsünün dəyişilməz gen-irs mirası olan “Hiylə və ya axmalıq” kimi onların düşüncə və həyat tərzi barədə məlumatlar yer almışdır. Bilgilərin elmiliyi və dəqiqliyi baxımından David Merkviladzenin “Erməni xalqının tarixi” (Tbilisi ş., “Universal” nəş., 2016, səh. 28, gürcü dilində) əsəri istinad mənbəyi kimi qeyd edilmişdir. Və bildirilir ki, antik yunanların “ermənilər” adlandırdığı toplum “armene” antrotoponiminin daşıyıcılarıdır (“ərmənlər” qıpçaq tayfalarının bir qolu olub). Deməli, indiki Qərbi Azərbaycanın ərazisində yaranan Ermənistanın və bu ərazidə yaşayan “ermənilər” (özlərini “hay”, məskunlaşdıqları yeri “Hayastan” adlandırmaqla) tarixi-coğrafi, etnik-irsi keçmiş baxımından kökənli, yerli xalq yox, məhz bu yerlərə köçmüş, gəlmiş tayfaların xələfləridir.
Həmin mövzu şərhində əski yunan mənbələrinə istinadən eləcə də, bildirilir ki, hay tayfaları (“sürüsü”) e.ə. I minillikdə Balkan yarımadasının şimalından (Frakiyadan) Kiçik Asiya yarımadasına köçürülmüş, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və Qafqazda məskunlaşmışlar.
Bu mülahizənin elmi-tarixi təsdiqi kimi Assuriya tarixinin fransız tədqiqatçısı, arxeoloq-tarixçi, sarbonna Universitetinin professoru, Fransa Akademiyasının üzvü Fransua Lenormanın (1837-1888) “Fars müharibələrinədək qədim Şərq tarixinə rəhbərlik” əsərindən (1876-1879) gətirilən bir ixtibas nəzərə çarpdırılr:
- ”Ermənistan” coğrafi termin kimi e.ə. VII əsrdə mövcud olmuş Əhəmənilər sülaləsi və dövlətində işlədilsə də, etnoqrafik məzmun kəsb etmir, “ermənilər”in adı antropolji-antrotoponimik toplum halında heç yerdə (heç harada) işlədilməyib, yayılmayıb.
E.ə. III-I minilliklərdə indiki Fələstin və İordaniya dövlətlərinin ərazisində, Dəclə və Fərat çaylarının yuxarı hövzələrində, İkiçayarasında mövcud olmuş Assuriya dövlətinin (e.ə. XXV-VII əsrlər) adı gil lövhələrdə “Nairi” və yaxud “Urartu” dövlətləri kimi də qeyd edilsə də, bu ərazinin “Ermənistan”la, etnik əhalisinin isə “erməni”lərlə heç bir bağlılığı olmamışdır. Çünki, hayklar, haylar, hayoslar...(indiki “ermənilər”) Urartu dövlətinin ərazisində e.ə. VI-V əsrlərdə Cənubi Avropadan və Aralıq dənizi hövzəsindən köçərək yerləşmişdilər.
Cənubi Qafqazda, o cümlədən Gürcüstan hüdudlarında “erməni”lərin məskunlaşmasının qədim tarixi barədə Ş.Çxetiyanın “XIX əsrin 60-cı illərində ermənilər Tbilisidə” məqaləsinə (“Tarixi-filoloji” jurnal, 1958, İrəvan ş., 3-cü nömrə, səh.161.) istinad edilmişdir. Və əlavə olaraq qeyd edilir ki, Somxeti vilayətinin (Qərbi Azərbaycanın “ermənistan” adlanan ərazisindən – Q.Y.) şimalından “erməni”lərin Tiflis şəhərinin ətrafına köçməsi səlcuqların Kiçik Asiya yarımadasına hücumlarından sonra baş vermişlər.
Bu səbəbdən Qurucu Davidin (1089-1125) dövründə Ani şəhəri və ətrafında yerləşən hayların Gürcüstana və paytaxtı həndəvərində yerləşmələri xüsusilə artmışdır.
Məşhur italiyalı səyyah və yazıçı (1254-1324) Marko Polo 1271-ci ildə Çinə etdiyi səyahət zamanı Tiflis şəhərində olarkən burada yerləşdirilmiş “erməni”lərlə görüşündən də yazmışdır (bu səyahəti zamanı Cənubi Azərbaycan, Naxçıvan, Qərbi Azərbaycan, Abşeron yarımadası, Xəzər dənizi, Şamaxı və Bərdə şəhərləri haqqında təəssüratlarını qələmə alan M.Polo vətənimizin zəngin təbiətindən və xalqımızın qonaqpərvərliyindən geniş bəhs etsə də, haylar bunu “ermənistan” və “ermənilər” haqqında məlumat kimi qələmə verməkdən utanmırlar və usanmırlar – Q.Y.).
Kitabın bu hissəsində, yəni “Hiylə və ya axmaqlıq” başlıqlı bölümündə müəllif “erməni”lərin gürcü xalqı içərisində ictimai-sosial təbəqə halında, toplum kimi yer tutmasının tarixi ilə bağlı (N.Q.Volkova “XIX-XX əsrlərdə Zaqafqaziyada etnik proseslər” məqaləsi, 1969) faktlara istindən bildirilir ki, gürcü pravoslav və erməni qriqoriyan xristianları arasındakı ayrılmaya 495-ci ildə keçirilmiş Xalkidon məbəd yığıncaqında, “erməni” keşişlərinin 506-cı ildə Dvin (Qərbi Azərbaycanda, Vedibasar mahalında Dəbil (“dəbilqə”, “baş hissə” mənasını verən toponim) şəhərinin haylar tərəfindən dəyişdirilmiş adı) məbəd toplaşmasında qərar verilmişdir.
Bu yığıncaqda hay keşişi Avraamın tərtib etdiyi məktubun məzmunu hay xisləti və hiyləsi üçün xüsusilə səciyyəvidir: “
Ermənilərdən hər kim gürcülərlə münasibət yaradarsa bədəni, ruhu və həyatı ilə lənətlənmiş hesab ediləcəkdir.”
Hay kilsəsi və ibtidai hay sürüsü tərəfindən bu vəsiyyətin bu günədək unudulmayan udumuna nümunə kimi kitabda S.Karapetyanın 1988-1991-ci illərdə “Gürcüstanın dövlət siyasəti və ermənilərin mədəni abidələri” başlıqlı məqaləsinin irticaçı məna yükü göstərilir: - ”gürcülər və azərbaycanlılar birlikdə sivilizasiya dağıdıcılarıdır.”
Ümumiyyətlə, bu deyimdən və bu toplumun xislətindən çıxarılan nəticəni müəllif ümumiləşdirərək bidirir ki, erməni keşişləri “hay sürüsünü” əlində saxlamaq və idarə etmək üçün xristianlığın Qriqoriyan təlimini qalxan və çətir kimi istifadə edirlər. Bu mənada “erməni” din nümayəndələrinin (ocağının) məkri, hiyləsi və riyakarlığının ifadəsi kimi aşağıdakı tarixi fakt aşıqlanmışdır:
- Sasani hökmdarı II Xosrov Pərviz (570-628) imperiyanın dini nümayəndələrinin yığıncağında verdiyi fərmana görə ölkə hüdudlarındakı bütün xristianlar mütləq şəkildə “erməni dini”ni qəbul etməli idi.
Nəyə görə farslar üçün “ermənilər” üstün idi? Əvvəla, hökmdarın arvadı Şirin, dövlətin maliyyə naziri Yəzdin və saray həkimi sincarlı Qabriel xristian idilər.
Daha sonra, “ermənilər” genetik xislətlərinə rəğmən “ağ yalanları”, uydurmaları ilə imperiya rəhbərini inandırmışdılar ki, guya, Hz.Muhammadın (s.ə.s) onlarla razılaşması (müqaviləsi) olub ki, “ermənilər” dini inanclarında sərbəstdir.
Ona görə də, İran dövlətində “erməni” din nümayəndələri bütün ictimai-sosial təbəqələrdən üstün sayılmış, hərbi mükəlləfiyyətlərdən və vergilərdən azad edilmişlər. Hay kilsəsinə bu mehr-məhəbbət və ünsiyyət Rusiya imperiyası tərəfindən də göstərilmişdir.
Bu onu göstərir ki, “erməni” hiyləsi həmişə gürcülər və azərbaycanlılar üçün əlçatmaz səviyyədədir.
Haqqında söhbət açılan kitabın (14-25-ci səhifələrində) növbəti yazısı “Ermənilərin qanlı izi” adı altında verilmişdir. Mövzu ilə bağlı David Merkviladzenin “Erməni xalqının tarixi” kitabına (Tbilisi ş., “Universal” nəş., 2016, 258 səh.) istinad edilərək ilk səhifəsində verilmiş məlumat bildirilir ki, “ermənilər” bütün dövrlərdə (o cümlədən e.ə. II-I əsrlərdə) gürcü hakimlərinin etibarını qazanmaqla (digər dünya ölkələrində olduğu kimi-Q.Y.) Gürcüstanın ayrı-ayrı vilayətlərinə hücum etmişlər, qarşılarına çıxan dinc sakinləri-əhalini amansızlıqla qətlə yetirmişlər.
Bu qətliamların və “ermənilərin” işğalçılığı barədə qədim yunan tarixçisi, coğrafiyaşünası Strabonun (e.ə. 63- e. 23) “Coğrafiya” kitabında yazıldığından, həyasız hay sürüsünün XXI əsr nümayəndəsi, İrəvan şəhərində nəşr edilən “Metsamor” qəzetinin (bu nəşr Gürcüstanın Əhəlkələk mahalında yaşayan haylara pulsuz paylanılır) baş redaktoru, akademik Suren Ayvazyan yazmışdır ki, Strabon yalan yazır, gürcülər Gürcüstana haradan gəlib ki? Və unanmadan öz sualını aşağıdakı şərhlə, saxta uydurması ilə açıqlayır:
-“ e.ə. 524-cü ildə erməni çarı İ Tiqran İspaniyanı tutduqda orada yaşayan iberiyalıları Ermənistanın şimal ərazilərinə (əsasən Quriya vilayətinə) köçürərək orada məskunlaşdırmış və onların idarəçiliyini isə erməni knyazı Didianiyə tapşırmışdır. Sonrakı mərhələdə həmin ərazilərə “Qruziya” deyilməsi (antropoloji toponim) rusların onları “qruzçik” (“yükləyici”, “yükdaşıyan” mənasında) adlandırmaları ilə bağlı olmuşdur. Çünki, ruslar Gürcüstan ərazisində e. ə. III-I minilliklərdə yaşamışlar. Gürcülər sonrakı dövrlərdə rusların və ermənilərin mirasını ələ keçirirək burada öz dövlətlərini yaratmışlar. Həmçinin 1001-ci ildə Gürcü dövlətinin yaradılması barədə deyilənlər də səhv fikirdir.”
Yəqin ki, əlavə izaha ehtiyac yoxdur.
Kitabın bu hissəsində yer alan mövzu əsasən “erməni”lərin Gürcüstan dövlətinə və gürcü xalqına etdiyi xəyanətlər tarixi faktlarla, baş verən hadisələrin təsviri ilə şərh edilir. Ardıcıl və silsilə (arasıkəsilməz) xəyanətlərin xronoloji ardıcıllığı tarixi dövrlər üzrə verilmişdir.
Gürcü çarı III Georqinin dövründə Kvemo-Kartli bölgəsində yuvalanan “ermənilərə” inanan gürcü hakimləri xarici dövlətlərin hücumuna qarşı mübarizədə həmişə hay-kürd mənşəli İvan Mxarqrdzeliyə etibar edilmişdir, ona görə də elə xarici dövlətlərə məlumatlar bu ocaqdan ötürülmüşdür. Bu sahədə ona köməkliyi Karapet Korqanaşvili (hay adlı, gürcü soyadlı) cani-dildən əsirgəməmişdir. Rusudanın hakimiyyəti illərində 1225-ci ildə Cəlaləddinin 200 minlik ordusuna qarşı mübarizədə də bu xəyanətlər nəticəsində Cavaharli, Əhəlkələk və Məshəti mahallarından olan döyüşçülərin “erməni” xəyanəti ilə məğlub olmaları (4 min əsgərin həlak olması ilə), sonda isə Tiflis şəhəri oda qalanmışdır (bu şəhərin qala qapılarını İ.Mxarqrdzelinin adamları açmışdır).
Gürcü tarixində bu səhifə 1225-ci ilin Qarni döyüşü kimi qalmışdır.
”Ermənilər”in gürcü xalqına, onlarla birlikdə yaşayan digər xalqlara qarşı xəyanətlərinin bir tarixi səhifəsi də yüz il bundan əvvəl yazılmışdır. 1914-1916-cı illərdə çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı apardığı müharibədə, Qafqaz cəbhəsində vuruşan ordusunun dalınca hərəkət edən silahlı hay quldurları Acarıstanda, Şərqi Anadolu (Ərzurum, Trabzon və Rizə şəhərləri ətrafında) vilayətlərində yerli xalqlara (acarlara, azərbaycanlılara, ərəblərə, çərkəzlərə, ərəblərə, assuriyalılara...) qarşı amansız qətliamlar-soyqırım törətmişlər, kəndləri yer üzündən silmişlər.
Gürcü dövlətinə və gürcü xalqına qarşı “ermənilər”in minilliklər, yüzilliklər boyunca etdiyi xəyanətlərin qanlı izləri tarixin səhifələrindən silinməmiş və oxunmaqdadır.
Bu səhifələr və haqqında söz açılan kitabın digər mövzuları barədə növbəti yazılarımızda.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"