“Formula-1”də Qran-Prinin qalibi bəlli oldu

08:38 14-09-2020 | icon 592 | İdman
“Formula-1”də Qran-Prinin qalibi bəlli oldu

“Mercedes” komandasının pilotu Luis Hamilton növbəti qələbəsini qazanıb.

 

AZƏRTAC xəbər verir ki, britaniyalı pilot sentyabrın 13-də keçirilən Formula 1 Toskana Qran-Prisinin qalibi olub. L.Hamilton buna “Ferrari” komandasının 1000-ci yürüşdə iştirak etməsi şərəfinə İtaliya komandasının doğma avtodromu “Mucello"da keçirilən yarışda nail olub.

 

Əlli doqquz dövrəlik mübarizədə ikinci yeri L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas əldə edib. İlk üçlüyü “Red Bull”un pilotu Aleksandr Albon tamamlayıb.

 

Pilotların siyahısına 190 xalla “Mercedes”in pilotu Luis Hamilton başçılıq edir. “Mercedes”in digər sürücüsü Valtteri Bottas 135 xalla ikinci, Maks Ferstappen (“Red Bull”) isə 110 xalla üçüncü pillədə qərarlaşıb.

 

Yürüşdən əvvəl “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer atasına çempionluq gətirən “Ferrari F2004” bolidi ilə “Mucello” trasında dövrə vurub. “Ferrari”nin şərəfinə təhlükəsizlik maşınları da qırmızı rəngə boyadılıb.

 

L.Hamilton cari mövsüm altıncı, karyerasında isə 90-cı qələbəsi qazanıb. “Mercedes” komandası isə bu mövsüm üçüncü dubluna imza atıb.

 

“Formula-1” Toskana Qran-Prisi cari mövsüm tamaşaçıların iştirak ilə təşkil olunan ilk yürüşdür. Yarışda 2 min 880 tamaşaçının tribunalara buraxılmasına icazə verilib.

 

Növbəti yarış sentyabrın 25-27-də Rusiyada təşkil olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF