Azərbaycan “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvətlidir

20:22 31-07-2018 | icon 468 | Cəmiyyət
Azərbaycan “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvətlidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.

 

Komitədən Versus.Az-a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri iki ölkə arasında münasibətlərin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığını bildirib. Mübariz Qurbanlı Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, multikultural mühitdən, digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, eləcə də mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb.

 

Söhbət zamanı günümüzdə dindən sui-istifadə hallarının artdığını deyən Dövlət Komitəsinin sədri radikal ünsürlərə qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.

 

Bakıt Yusupov Azərbaycanın nümunəvi dünyəvilik modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirib. Ölkəsinin bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edən diplomat ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Dövlət Komitəsinin rəhbərliyini 15-16 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür