Əfv Komissiyasının əvvəlki tərkibi qeyri-qanuni hərəkətlərə yol verilib?
“Əfv Məsələləri üzrə Komissiyanın bundan əvvəlki tərkibinin üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə mənə məlumatlar daxil olub”.
Versus.Az xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin iclasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, Komissiyanın əvvəlki üzvlərindən bəzilərinin sürücüləri məhkumların yaxınları ilə əlaqə quraraq, onların əfv siyahısına salınmasına kömək edəcəyini deyib.
“Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyanın deputat üzvlərindən birinin sürücüsü belə hərəkətə yol verib”, - deyə E.Nəsirov əlavə edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"