Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

15:47 17-09-2020 | icon 1484 | Sağlamlıq
Hepatitlə bağlı hər kəsi maraqlandıran AÇIQLAMA

Nərminə Abbasova: “Ehtiyac olduqda molekulyar genetik müayinələr də aparılır”

 

“Hepatit - qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən - virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan - kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn - mexaniki hepatitlər və sair aiddir”.

 

Hepatitlə bağlı Versus.Az-a Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA danışıb.

 

Həkim-terapevt bildirib ki, kəskin hepatitlər - şüalanma nəticəsində, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər:

 

“Toksik hepatitlər - müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə əlaqədar olaraq meydana çıxan və onun funksiyasını zədələyən prosesdir. Virus hepatitləri - hepatotrop viruslar tərəfindən törədilən antroponoz infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional, üzvi, destruktiv dəyişikliklərini özündə cəmləşdirir.

Hepatit A - enteroviruslar tərəfindən törədilir. Fekal-oral yolla yoluxur. Yoluxmadan 7-10 gün sonra İgM yaranır və 6 ay müddətində təyin oluna bilər. HAV-da İqG rekonvalessensiya dövründə yaranır və erkən diaqnostika kriterilərindən sayıla bilməz. Bu markerin aşkarlanması nə vaxtsa keçirilmiş infeksiya haqqında xəbər verir.

 

Hepatit B - törədicisi hepadnaviridae viruslarıdır. Antropanoz infeksiyadır. Aşağıdakı infeksion markerləri təyin olunur:

HBsAg - əsas markerlərdən olub, infeksiyalaşmanı göstərir.

HBcAg - virusun aktiv reproduksiyasını göstərir.

HBeAg - virusun aktivliyini, yüksək virulentliyini və infeksiyalaşdırma dərəcəsini göstərir.

DNT HBV - virusun genom göstəricisidir və sair”.

 

 

Bir çox insanların Hepatit haqqında bilgisi yoxdur və özlərinin, yaxud yaxınlarının bu virusa yoluxmasından sonra onlarda belə bir sual yaranır: Hepatit nədir? Nərminə xanım bunu nəzərə alaraq, bu sual, eyni zamanda hepatitin növləri haqqında məlumat verdi:


“Hepatit qaraciyərin iltihabı xəstəliyidir. Bildiyimiz kimi qaraciyər ən böyük vəzdir. Dərmanlar da burada metobolizə olur. Qaraciyərdə baş verən dəyişikliklər başqa orqanlara da təsir edir. Hepatitlər müxtəlif ola bilər. Bunlar əsasən toksik mənşəli hepatitlər, infeksion mənşəli hepatitlər və autoimmun hepatitlərdir.


Toksik mənşəli hepatitlər, məsələn uzun müddət hansısa dərmanı qəbul edən insanlarda yaranır. Tez-tez qarşılaşılan hallardan biri implant qoyulan xəstələrdə 6 ay antibiotik təyin olunmasıyla yaranan hepatitdir. Və ya hansısa zəhərli vasitələrlə yarana bilər. Məsələn, uzun müddət alkoqol qəbulu hepatit xəstəliyinə gətirib çıxara bilir.
Hepatitlərin çox böyük bir qrupunu infeksion hepatitlər təşkil edir. İnfeksion hepatitlərdə, klassik Hepatit virusları tərəfindən törədilən hepatitlər var. Lakin infeksion hepatitlər təkcə Hepatit virusları tərəfindən yox, həm də digər viruslar tərəfindən, məsələn qrip virusu tərəfindən, herpes viruslar tərəfindən və ya başqa viruslar tərəfindən də törədilə biliər. Həmçinin bakteriyalar, göbələklər və ya parazitlər tərəfindən hepatit xəstəliyi törədilə bilər.
Bakteriyalar, ibtidai mikroorqanizmlər tərəfindən törədilən hepatitlər, adədən başqa bir xəstəliyin fonunda baş verir. Başqa bir xəstəlik yaranır, bu xəstəliklə yanaşı hepatit də meydana çıxır. Klassik Hepatit virusları isə orqanizmə daxil olduqdan sonra bilavasitə Hepatit törədirlər. Qan vasitəsilə qaraciyərə gələrək burada replikasiya olunurlar, çoxalırlar və hepatitlər törədirlər”.



Həkim-terapevt bildirdi ki, bunlar Hepatit A, Hepatit B, Hepatit C, Hepatit D və Hepatit E virusudur. Bundan başqa Hepatit G və Hepatit F virusları da var ki, bunlar üzərində tədqiqatlar davam edir:

 

“Hepatit A, B, C, D, E virusları infeksion hepatitlər içərisində daha önəmlidir. Bunların arasında Hepatit A və Hepatit E virusu qida vasitəsilə, alimentar və ya enteral yolla, yəni həzm traktı vasitəsilə yoluxur. Hepatit B, C və D virusları isə, qan vasitəsilə, selikli qişaların yoluxmuş biomateriallarla təması vasitəsilə yoluxması mümkündür. Hepatit A virusu RNT tərkibli virusdur. Qida vasitəsilə yoluxduğuna görə Hepatit A və E virusları daha çox kütləvi insan yoluxmasına səbəb ola bilir. İctimai iaşə obyektlərində, uşaq bağçalarında, kütləvi qidalanma olan yerlərdə, restoranlarda, kafelərdə və s. bu kimi yerlərdə, yoluxmuş qidadan qidalanan insanların əksəriyyətində Hepatit A və ya Hepatit E tablosunun meydana çıxmasını müşahidə edə bilərik”.


Ölkəmizdə Hepatit A virusunu keçirmiş şəxslərin sayının az olmadığını vurğulayan həkim qeyd etdi ki, inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə bu virusa daha çox rast gəlinir və xalq arasında “sarılıq xəstəliyi” deyilir.

Nərminə xanım bildirdi ki, inkişaf etmiş ölkələrdə Hepatit A-ya nadir rast gəlinir.

 

Həkim-terapevtin sözlərinə görə, bəzi qruplar Hepatit A baxımından yüksək risk daşıyırlar. Məsələn, intellektual səviyyəsi aşağı olanlar, xüsusi baxıma ehtiyacı olanlar, geriatrik yaş qrupunda olanlar üçün yerlərdə, məsələn qocalar evində yaşıyanlar, belə yerlərdə çalışan personal, uşaq baxçalarında olan uşaqlar və personal, oral / anal seks alışqanlığı olan homoseksual qruplar, damardaxili narkotiklərin pis gigiyenik şəraitdə istifadəçiləri, xəstəliyin yayıldığı bölgəyə səfər edən şəxslər, mərasimlərdə və s. bu kimi kütləvi qidalanma yerlərində qidalananlar, hərbi personal, əsgərlər, kKanalizasiya işlərində çalışanlar - bunlar Hepatit A üçün çox ciddi risk qruplarıdır.

Bəs Hepatit A-ya yoluxduqda nə baş verir?


N.Abbasova bildirdi ki, Hepatit A virusu alimentar yolla yoluxduqdan sonra bəlli bir inkubasiya dövrü keçirir:

 

 

“Hepatit A virusu yoluxduqdan sonra Hepatosit adlanan qaraciyər hüceyrəsində zədələnmə baş verir ki, bu da immun sistemin fəaliyyəti ilə əlaqədardır. Yəni virusun özünün birbaşa Hepatositlərə sitoopatogen təsiri yoxdur. Dolayı təsirdir bu. Belə ki virusun qaraciyər içərisində artıb çoxalmasının nəticəsində immun sistem qaraciyər hüceyrəsini zədələyir. Bunun da nəticəsində qaraciyərin hüceyrədaxili fermentləri artır və qaraciyərdaxili öd yollarının zədələnməsi nəticəsində qanda bilurubinlərin miqdarının artması baş verir. Xəstədə, qaraciyərdəki durğunluq və iltihab nəticəsində sarılıq dediyimiz klassik tablo: hərarət, halsızlıq, iştahsızlıq meydana çıxır. Bu şikayətlərlə xəstə müraciət etdikdən sonra qaraciyərin patologiyasını aşkara çıxaran laborator və instrumental müayinələr aparılmalıdır. Məsələn, Ultrasonoqrafik müayinələr aparılır, qaraciyərdə hər hansı bir törəmənin olub olmamasına, qaraciyərin strukturunun həmcins olub olmamasına, parenximasının, öd yollarının vəziyyətinə baxılır. Bundan sonra qaraciyərin zədələnməsini göstərən laborator markerlə var, onlara baxılır. Daha sonra protrombinin təyini, INR deyilən, Beynəlxalq Normalaşdırıcı Nisbətə baxılır. Bütün bunlardan başqa viral Hepatitlərin markerlərinə baxılır. Viral hepatitlərdən Hepatit A-nı aşkar etmək üçün, Hepatit A-ya qarşı İmmunoqloblin M-ə baxmaq lazımdır. Bəzən markerlər yanlış seçilir, xəstələr də yanlış yönləndirilir. Immunoqloblin G-yə baxsaq, məsələn, keçirilmiş hepatitlər, ola bilər ki, tam simptomsuz keçsin və yaxud da xəstə peyvənd olunsun və buna qarşı orqanizmdə Immunoqloblin G olsun. Amma İmmunoqloblin M-in yüksək titrdə aşkar olunması artıq Hepatit A-nın kəskin formada olduğunu göstərir. Ehtiyac olduqda molekulyar genetik müayinələr də aparılır. Beləliklə diaqnoz dəqiq təyin olunur”.

 



Nərminə xanım deyir ki, Hepatit A xəstəliyi təsdiqləndikdən sonra, adətən xəstəni xəstəxanaya yatırmağa ehtiyac olmur. Yəni yüksək titrlərdə bilurubin olmazsa çox vaxt xəstə xəstəxanaya yatırılmır:

 

“Amma bilurubin yüksək olarsa, buna fulminant hepatit deyirlər. Fulminant hepatit tablosu, qusma, ürəkbulanma, qarın ağrısı, ensefalopatiya, koaquloapatiya, protromin zamanın uzanması ilə olur. Bunlar yoxdursa, xəstə xəstəxanaya yatırılmır. Ev şəraitində istirahət etməklə, daha yüngül, amma vitaminlərlə, minerallarla zəngin qidalarla qidalanmayla müalicəsi başa çata bilər. Hepatit A öz-özünə sağalan xəstəlikdir. Hepatit A keçirmiş şəxslər bir daha bu xəstəliyə yoluxmurlar. Əksər hallarda orqanizmdə Hepatit A-ya qarşı immunitet əmələ gəlir və bu immunitet qoruyucu immunitet olur”.

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Hepatitli xəstələri müalicə olunmaları üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı