Azərbaycanda mədəniyyət strategiyası hazırlanmalıdır

16:26 17-09-2020 | icon 585 | Mədəniyyət
Azərbaycanda mədəniyyət strategiyası hazırlanmalıdır

Anar Kərimov: "Biz iqtisadi modellərin tətbiq edilməsini istəyirik"

 

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında mədəniyyət naziri səlahiyyətlərini icra edən Anar Kərimov iştirak edib.

 

Versus.az xəbər verir ki, iclasda çıxış edən A.Kərimov 2 aydır birinci müavin və nazir əvəzi kimi fəaliyyət göstərdiyini bildirib:

 

“Bildirim ki, mədəniyyət sahəsi strateji bir istiqamətdir. Prezidentin tapşırğı ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyətimizi gücləndirək. Yeni strategiya hazırlanmalı və bu bizim üçün yol xəritəsi olmalıdır. Biz islahat işçi qrupu təsis etmişik. Bu qrupa yerli və xarici ekspertlər dəvət edilib. Prosesi daha da ictimailəşdirmək məqsədilə çağırış elan etdik. Bu çağırışlar şəffaflığın artırılması, iqtisadi modellərin tətbiq edilməsi və.s  ilə bağlı idi. 2 ay müddətində 200-dən çox rəy və təklif almışıq. Hamı gözləyir ki, biz bu sahəyə hansısa yeniliklər gətirək. Həm mərkəzi aparatda, həm də tabeçilik olan müəssisələrdə sahələrlə yox daha çox müəssisələrlə məşğul olunmalıdır deyə fikir var idi. Bu kökündən yanlış yanaşmadır. Bizim missiyasımız ondan ibarətdir ki, cəmiyyətin və fərdi insanların inkişafında rolumuzu artıraq. Bu zaman üzləşdiyimiz problemləri etiraf etməliyik. Hüquqi baza genişləndirilməsinə ehtiyac var. Bunun üçün də Mədəniyyət komitəsi bizə kömək olmalıdır. Sirr deyil ki mədəniyyət sahəsində çalışan insanların əməkhaqqısı yüksək deyil. Biz iqtisadi modellərin tətbiq edilməsini istəyirik. Digər məsələ şəffaflıq məsələdir ki, o da mütləq tətbiq olunmalıdır”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol