AMEA-da yeni TƏYİNATLAR

17:13 17-09-2020 | icon 373 | Cəmiyyət
AMEA-da yeni TƏYİNATLAR

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.



Versus.Az xəbər verir ki, Qurumun məlumatına görə, karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə, Elmi şuranın əksər üzvlərinin onlayn iştirakını təmin etməklə təşkil olunan iclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edib.


İlk olaraq Azərbaycan Respublikasında mövcud olan su təminatı problemi müzakirəyə çıxarılıb. O qeyd edib ki, Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının alim və mütəxəssisləri tərəfindən də xeyli sayda təkliflər hazırlanıb və rəhbərliyə təqdim edilib.


İclasda bir sıra kadr məsələlərinə baxılıb. Biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədovanın öz xahişi əsasında Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi və biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın həmin institutun elmi katibi vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatətlərin qaldırılması qərara alınıb.

Biologiya elmləri doktoru, professor Əliyar İbrahimov isə Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının müdiri vəzifəsinə təsdiqlənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...