Tofiq Yaqublunun apellyasiya şikayəti məhkəməyə GÖNDƏRİLDİ

17:17 17-09-2020 | icon 913 | Hadisə
Tofiq Yaqublunun apellyasiya şikayəti məhkəməyə GÖNDƏRİLDİ

Müsavat Partiyasının üzvü, Qaarabağ qazisi Tofiq Yaqublu barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
 

Versus.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib.

 

E.Sadıqov əlavə edib ki, T.Yaqublunun səhhəti nəzərə alınaraq, məhkəmə prosesi sabaha təyin edilə bilər.


Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.



T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir. O, hökmə etiraz əlaməti olaraq 16 gündür aclıq aksiyası keçirir. Vəkili hökmdən apellyasiya şikayəti verib.

 

Aclıqla əlaqədar səhhəti ağırılaşan T.Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb. Dünən “City Hospital”da vəziyyəti pisləşən T.Yaqubluya qan köçürülüb. O, “City Hospital”da tanınmış həkim Adil Qeybullanın nəzarətinə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı