Müğənnimizi hava limanında döyüblər - VİDEO

08:17 18-09-2020 | icon 497 | Şou-biznes
Müğənnimizi hava limanında döyüblər - VİDEO

Azərbaycanlı müğənni Elnar Xəlilov döyülüb.



Versus.Az xəbər verir ki, o, bu barədə “Space” telekanalında yayımlanan "Gəl, dərdini danış" proqramında deyib. Müğənni bildirib ki, hadisə hava limanında baş verib.

 

“22 oktyabr 2019-cu ildə Belarusa gedirdim, bilet də alınmışdı. Taksi xidməti göstərən yaxın insanı çağırdım ki, məni hava limanına aparsın. Çatdıq ora, Qurbanov Anar adlı şəxs maşını yerləşdirməyə şərait yaratmadı. Taksini sürən şəxs dedi ki, imkan yaradın, saxlayaq. Mübahisə başladı, söyüşlər söydü və təhqir etdi. Taksi sürücüsü "lənət şeytana" deyib, cavab verməməyə çalışdı. Qarşı tərəf gəldi, maşını taksinin qarşısında saxladı və pis söyüşlər söydü.

 

Sonra taksi sürücüsü ilə mübahisə edirdi, dönüb məni vurdu. Polis gələndə ona da müqavimət göstərdi. Tutub apardılar. Mən də izahat yazmaq üçün şöbəyə getdim. Adam sonra polisə zəng vurub şikayət edir ki, sizin əməkdaşlar qolumu burdu, əlim qırıldı. Adam məndən şikayət edib ki, məni döyüb, xəsarət yetirib. Polis pasportumu da götürdü. Uçuşa gecikdiyimi desəm də, baxmadılar. 11 aydır istintaq gedir”. /Axşam.Az/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...