"Sosial şəbəkələr əsas informasiya mənbəyinə çevrilib” – MÜSAHİBƏ

11:21 18-09-2020 | icon 421 | KİV
"Sosial şəbəkələr əsas informasiya mənbəyinə çevrilib” – MÜSAHİBƏ

Zeynal Məmmədli: "Medianın peşəkar, tərəfsiz, qərəzsiz fəaliyyəti üçün imkanlar məhduddur ki, sosial şəbəkələr önə çıxır"

 

Media eksperti Zeynal Məmmədli “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklikləri zəruri edən amillərlə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

 

Versus.Az həmin müsahibəni təqdim edir:

 

- “KİV haqqında” Qanun 1999-cu ildə qəbul olunub, orada sosial şəbəkələr və internet media ilə bağlı müddəalar yoxdur, yəni müasir dövrün tələblərinə cavab vermir. Qanunda hansı dəyişikliklər olmalıdır ki, informasiya mühiti ilə bağlı sahə tam əhatə olunsun?

 

- Birincisi, məlumatların şəxsi xarakterli və ictimai motivli olmasını müəyyənləşdirmək lazımdır. Sayt özünü necə tanıdır – vacib məsələ budur. Əgər onlayn media özünü KİV kimi tanıdırsa, deməli onun fəaliyyəti “KİV haqqında” Qanunla tənzimlənəcək. İnternet media özünü professional KİV-lərə verilən tələblər səviyyəsində qurursa, məktublar yığını deyilsə, bu zaman qanuni tənzimləmə ön plana çıxır.

 

- Zeynal müəllim, söz və mətbuat azadlıqları Azərbaycan Konstitusiyasında təsbit olunub. Digər əsas bir sual isə budur: Necə etmək lazımdır ki, dəyişikliklər bu azadlıqların pozulması kimi şərh olunmasın?

 

- Söz və ifadə azadlığı ilə bağlı əngəllər yaradan ədəbsiz sözlər, söyüşlər və irqi ayrı-seçkilikdir. Məsələləri elə yönəltmək lazımdır ki, “olarlar” və “olmazlar” dəqiq bilinsin. Ancaq bu “olmazlar” demokratiyadakı söz və mətbuat azadlığına əngəl yaratmamalıdır. Məhdudlaşdırma ilə bağlı demokratik zərurət əsaslandırılmalıdır.

Gəlin, belə misal çəkim. Ola bilər ki, jurnalistlər bilmədən yalan informasiya yaysınlar. Ancaq bu yalan informasiyanın özü doğruları üzə çıxarmağa yardımçı olacaqsa, bu zaman o jurnalistə niyə cəza kəsilməlidir? Tərəziyə qoysaq, görərik ki, həmin yalan informasiyanın xeyri çoxdur, deməli, o məlumat söz və mətbuat azadlığına, vətəndaşlara xidmət edir. “Bu yalan informasiya olmasaydı, doğru üzə çıxmazdı” – bu prizmadan, demokratik zərurətlər prizmasından yanaşılsa, hər bir şeydən çıxış yolu var.

 

- Sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi barədə qanunun qəbulunun zəruriliyi müzakirə mövzusudur. 

 

- Sosial şəbəkələrlə bağlı qanunun qəbulu indiki halda sürətləndirilməlidirAzərbaycanda plüralizmin daha möhkəm dayaqlar üzərində oturuşması üçün işlər görülməlidir. Mətbuatın peşəkar yanaşmaları elə güclü olmalıdır ki, sosial şəbəkələr yalnız bir iddia kimi qarşılansın. Bizdə isə sosial şəbəkələr əsas informasiya mənbəyinə çevrilib. Biz buna görə peşəkar medianı təqsirləndirməliyik. O mənada ki, peşəkar media yeganə doğru qaynaq kimi qəbul ediləcək bir nüfuz qazanmayıb.

 

- Media peşəkardırsa, niyə nüfuz qazana bilmir?

 

- Medianın peşəkar, tərəfsiz, qərəzsiz fəaliyyəti üçün imkanlar məhduddur ki, sosial şəbəkələr önə çıxır. Bu tarazlığı mütləq göz önünə almalıyıq. Peşəkar mediadan istifadənin öz qaydaları var. Peşəkar media niyə həmişə atı arabanın arxasına bağlayır? Bütün problem budur, bu da söz və mətbuat azadlığı ilə bağlı məhdudiyyətlərə, mediada sərbəst bazarın olmamasına dirənir. Bununla da media reklam bazarından pul qazana bilmir və kimlərinsə cibinə göz dikir.

 

- Deyirsiniz ki, bir sayt özünü media kimi hesab edirsə, o mediadır. Amma Azərbaycanın qanunvericiliyi onlayn medianı KİV kimi tanımır. Məhkəmə predmeti olan məsələ ortaya çıxanda, həmin media təsisatının media kimi məsuliyyətə cəlb olunması məsələsi çıxanda internet media özünün KİV olmamasını deyə, beləcə özünü sığortalaya bilər. Bu, paradoksal deyilmi?

 

- Mən bu problemi anlayıram. Onlayn media ilə məşğul olanlar məsələnin nə qədər ciddi olduğunu anlamalıdırlar. Onlar faktlarla, təsdiqlənmiş məlumatlarla çıxış etməlidir. Bir sayt özünü media adlandırırsa, media qanunvericiliyi mexaniki işə düşür. Qarışıqlığı törədən də budur.

Bloger jurnalistdir ya yox? Bu sualın aydınlaşdırılmasında kifayət qədər qarışıqlıq var. Bu qarışıqlıqları qadağaların xeyrinə işlətmək isə çox təhlükəlidir. Çünki sosial media da bizim üçün informasiya mənbəyidir, amma təsdiqlənməmiş qaynaqdır.

 

- Jurnalistlərin sosial müdafiəsi, əmək hüquqlarının pozulmasına görə məsuliyyət yaradan hallarla bağlı maddələrin ayrıca qanunvericiliyə salınmasına ehtiyac varmı?

 

- Jurnalistləri əmək qabiliyyətli digər insanlardan ayırmaq lazım deyil. Ancaq müstəqil media aparıcı qüvvədir, lakin sual edirəm, müstəqil həmkarlar ittifaqları varmı? Media sərbəst bazardan əldə etdiyi gəlirlərlə maliyyələşə bilirmi? Bu suallar aydınlaşmadan jurnalistlərin sosial müdafiəsi ilə bağlı məsələlərin qanuna salınması yalnız kağız üzərində qalacaq. Medianın öz qazanclarından özünü təmin etməsinə can atmaq lazımdır. Estoniya ilə müqayisə aparım. Estoniyanın media bazarı Azərbaycanınkından dəfələrlə şəffafdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Karantin yenidən sərtləşdirildi

“Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik”

Dövlət qurumlarında iş qrafiki dəyişdirildi

Atəşkəs dövründə 35-dən çox azərbaycanlı uşaq Ermənistan ordusu tərəfindən qətlə yetirilib

Təhsil müəssisələrində tətilin SƏBƏBİ

Bütün təhsil müəssisələrində tətil elan olundu

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Füzulinin təhsil statistikası açıqlandı - FOTO

Füzuli işğaldan azad edildi

Nazirlik xəbərdarlıq etdi

“Yunanıstan Qarabağda işğalçı Ermənistana dəstək verməkdən əl çəkməlidir”

Mehriban Əliyeva Gəncədəki düşmən təxribatı ilə bağlı paylaşım edib

"Atəşkəs" = Qarabağ Azərbaycandır!

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO