Dövlətin Tofiq Yaqublu ilə bağlı humanizm prinsiplərinə əsaslanan siyasəti və addımı

21:09 18-09-2020 | icon 478 | Siyasət
Dövlətin Tofiq Yaqublu ilə bağlı humanizm prinsiplərinə əsaslanan siyasəti və addımı

Əlisahib Hüseynov: "Bu, onun aclıq aksiyası üzərindən siyasi spekulyasiyalar etmək istəyənlərə tutarlı cavab oldu"

 

"Biz Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun haqqında qərarın dəyişdirilməsini və onun ev dustaqlığına buraxılmasını dövlətimizin humanizm prinsiplərinə əsaslanan siyasəti və addımı kimi dəyərləndiririk".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 

 
Partiya sədri bildirib ki, bu addım eyni zamanda T.Yaqublunun aclıq aksiyası üzərindən siyasi spekulyasiyalar etmək istəyənlərə də tutarlı cavab oldu:
 
 
"AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər Tofiq Yaqublunun adı ətrafında baş verən proseslərdən istifadə edərək növbəti dəfə çox çirkin qarayaxma kampaniyasına start vermişdilər. Onların apardıqları bu kampaniya ən tükürpərdici hədəfə - Tofiq Yaqublunun ölümünə hesablanmışdı. Onlar bu məqsədlərinə çatmaq üçün hətta Tofiq Yaqublunu muayinə və müalicə edən doktor Adil Qeybullanı da az qala düşmənə çevirdilər. Belə ki, Adil Qeybullanın Tofiq Yaqublunun mülki xəstəxanaya köçürülməsi ilə bağlı hakimiyyətin qəbul etdiyi qərarı humanist addım kimi qiymətləndirməsi onların xoşuna gəlməmişdi. Adil Qeybulla isə onların bu antiinsani davranışını əsl həkim müdrikliyi ilə qınadı: “Bəzi internet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, Tofiq Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq-aydın hiss olunur”.
 
Lakin məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun ev dustaqlığına buraxılması haqda qərar qəbul etdi və beləliklə də Tofiq Yaqublunun səhhəti üzərindən çirkli kampaniya aparanların mənhus planları pozulmuş oldu. Beləliklə, bir insanın, bir qazinin həyatı üzərindən çirkin kampaniya aparan radikallar və xaricdəki “5-ci kolon” üzvləri öz xəbis niyyətlərinə çata bilmədilər. Biz bu prosesdə məhkəmə hakimi ilə bərabər ən vicdanlı, təqdirəlayiq davranışı Adil Qeybullanın timsalında gördük. Adil həkim özü müxalif əhval-ruhiyyəli bir şəxs olsa da, lakin o bu epizodda kimsənin Tofiq Yaqublunun sağlıq durumundan öz siyasi məqsədləri üçün istifadə etməsinə yol vermədi. Bax bu əsl vətəndaş mövqeyi, dövlətçi insan davranışı və Hippokrat prinsiplərinə söykənən peşəkarlıq nümunəsi idi. Biz fürsətdən istifadə edib Adil Qeybullaya təşəkkür edir, Tofiq Yaqubluya isə Allahdan sağlamlıq, gümrahlıq diləyirik. İnşAllah ev dustaqlığı da tezliklə azadlığına qovuşması ilə nəticələnər".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin