10 günlük müharibənin olması üçün şərait yetişibmi? - MÜSAHİBƏ

23:17 18-09-2020 | icon 623 | Siyasət
10 günlük müharibənin olması üçün şərait yetişibmi? - MÜSAHİBƏ

Elman Nəsirov: “Bütün məsuliyyət Ermənistanın, onun havadarlarının və Minsk qrupunun üzərinə düşəcək"

 

 

Bu gün Azərbaycan torpaqlarının erməni işğalından azad olunması prosesinin yalnız antiterror əməliyyatı - hərblə mümkün olması ritorikası masa üzərində. İllərdir, münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarına konstruktiv reaksiya verməyən işğalçının beynəlxalq hüquq normalarına məhəl qoymadan işğal etdiyi Azərbaycan ərazilərində seçki keçirib, tarixi abidələrimizi dağıdaraq yeni infrastruktur yaratması, ərazilərimizdə davamlı apardığı köç siyasəti və digər cinayətləri regionda müharibəni reallaşdırır. Artıq uzun müddətdir ki,  ərazi bütövlüyü pozulan Azərbaycan işğalçı Ermənistanın nazı ilə oynamamaq qərarını verib.  Ölkəmizə qarşı xarici güclərin dəstəyi ilə baş verən təzyiqlər daxilə də nüfuz edir. Son aylar bir sıra yüksək çinli məmurların vəzifələrdən çıxarılması ilə müşahidə olunan islahatlar dövlətin sütunlarının “laxladılması” kimi təqdim olunan idoloji əks təbliğatın aparıldığı da müşahidə edilir. Bunun fonunda yeni, daha təhlükəli və güclü müxalifətin formalaşacağı da önə çəkilir.

 

 

“Məmurların vəzifədən gedəndən sonra dövlət üçün hər hansı bir təhlükə yarada biləcəyi  mümkün deyil”

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov müsahibəsində çox maraqlı nüanslara toxunub.

 

“Azərbaycan torpaqlaını hərbi yolla azad etmək hüququndan istifadə edəcək”

 

- Elman müəllim, siz əksər müsahibələrinizdə “müharibə başlayacaqsa, ildırımsurətli, 10 günlük olmalıdır”, deyə ruh yüksəkliyi yaradan çıxışlar etmisiz. Maraqlıdır, bu gün dediyiniz o 10 günlük müharibənin olması üçün şərait yetişibmi?

 

- Təbii ki, biz bu münaqişənin danışıqlar yolu, sülh şəraitində həll olunmasını istəyirik. Lakin danışıqlar nəticə verməyəcəyi təqdirdə Azərbaycan torpaqlaını hərbi yolla azad etmək hüququndan istifadə edəcək. Eyni zamanda biz burada düzgün zamanı  seçməli, geosiyasi vəziyyəti düzgün təhlil edib strateji qərarlarımızı qəbul etməliyik. Heç bir addım xaotik olmamalıdır. Biz sülh istəyirik, amma düşmən buna razı deyilsə, biz müharibəyə başlayacağıq. Bu müharibə isə “ildırımsürətli” müharibə olmalıdır.  Torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi var. BMT nizamnanəsinin 51-ci maddəsinə görə ərazisi işğala məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. BMT nizamnaməsinin 25-ci maddəsinə görə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Və digər beynəlxalq hüquqi sənədlər var ki, bizim ərazi bütövlüyümüzü tanıyıb. Bütün bunları əsas götürüb istənilən halda münaqişənin hərbi yolla həll etmək hüququnu özümüzdə saxlayırıq. Bəli, bizim müharibəmiz ildırımsürətli olmalıdır. Yəni bu müharibə aylarla, illərlə uzanmamalıdır. Başladıqsa, artıq 10 günə, maksimum 2 həftəyə Azərbaycan bayrağı, Xankəndində, Şuşada dalğalanmalıdır. Azərbaycanın atdığı addım, cənab Prezidentin söylədiyi kimi Zamana uyğun, geosiyasi vəziyyətə adekvat olmalıdır. O yolla ərazi bütövlüyümüzü təmin etməliyik.

 

“Güc birliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”

 

- Bu gün işğal altında olan torpaqlarımızda “at oynadan” ermənilər heç nədən çəkinmədən hiddət yaradan bəyanatlar verir, biznes işləri aparır, körpülər salır. Bunun fonunda Azərbaycan ictimaiyyətinin psixoloji duruma düşdüyü və sərgilədiyi hazırki mövqe ölkə ictimaiyyətinin hansı durumundan xəbər verir?

 

- Bəli, bu gün erməni işğalçıları məkirli davranışları, siyasəti ilə həm də psixoloji terror aparır. Bu terrora qarşı Azərbaycan insanı güclü olmalı və hər zaman o məqsədin, o ideyanın üzərində dayanmalıdır ki, BİZ GÜC BİRLİYİ İLƏ TORPAQLARIMIZI İŞĞALDAN AZAD EDƏCƏYİK VƏ O GÜN YAXINDA! Bunun əksini düşünmək özü yol verilməzdir və bunun əksini düşünənlər bizdən ola bilməzlər. Əgər hər birimiz hamılıqla torpaqların işğaldan azad olunucağını əminliklə ifadə etsək və buna inam sərgiləsək bu mütləq baş verəsək.

 

Bu gün Azərbaycanın güclü ordusu var, ölkə başçısı ilə xalq arasında monolit birlik var və hər kəs torpaqlarımızın işğaldan azad olunacağı günə inanır. Əslində bu inamın özündə  mistik enerji var və hər kəs məhz bu ideyanın üzərində dayanmalıdır ki, güc birliyi ilə torpaqlarımzı işğaldan azad edək. Azərbaycan ordusu getdikcə güclənir və erməni təxribatına qarşı layiqli cavabını verir. Son Tovuz hadisələri bir daha ermənilərin Azərbaycan ordusunun qarşısında çox zəif olduğunu və müharibə olarsa, böyük itkilərlə məğlub olacağını bir daha göstərdi.

 

- Elman müəllim, erməni işğalı, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi cinayətlərin məhz beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdiyini görən ölkə ictimaiyyəti haqlı olaraq beynəlxalq təşkilatlara inamsızlıq göstərir. Və haqlı olaraq silaha sarılmağa ümid edir. Necə hesab edirsiz, Ermənistan cinayətkar addımlarını atarkən nəyə güvənir və nəyi bilməsi vacibdir?

 

- Bu gün beynəlxalq təşkilatların Azərbaycanın üzləşdiyi məsələyə ikili yanaşması, erməni havadarlarının Ermənistanı silahlandırması və işğalçıya qarşı qəti mövqe sərgiləməməsi danışıqların üstündən xətt çəkməklə Azərbaycana torpaqlarını  azad etmək üçün başqa yol qoymur. Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etməsi BMT-nin məlum maddəsində öz əksini tapıb. Azərbaycan ictimaiyyəti, eləcə də ölkə başçısı İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması prosesində beynəlxalq hüququn imkanlarından hər dəqiqə istifadə edəcəyimizi deyib.

 

Ölkə başçısının, Ali Baş Komandanın bu məsələdə çox qətiyyətli prinsipial mövqeyi var. Bütün addımlar da buna yönəlib. Cənab Prezident İlham Əliyev hər dəfə çıxışlarında Ordu quruculuğu məsələlərinin bizim üçün əhəmiyyətli olduğunu önə çəkir. Bu, ölkə Prezidentinin apardığı siyasətinin mərkəzində dayanır. Hər il büdcəmizdən orduya ayrılan xərclər çoxalır. Eyni zamanda Prezident də öz çıxışlarının birində söylədi ki, bu gün bir çox dövlətlər məhz güc amilinə istinad edərək öz maraqalarını yerinə yetirirlər. Yəni güc amili dünya siyasətində əsas faktordur.

 

Məkirli düşmən bilməlidir ki, hadisələrin gedişatı Ermənistanı tamamilə çıxılmaz vəziyyətə salacaq. Nə qədər ki, gec deyil münaqişənin həlli ilə bağlı real addımlar atsınlar. Əks təqdirdə müharibə labüdləşəcək və həmin müharibədə Ermənistan biabırçı məğlubiyyətə uğrayacaq. Ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarımızı Azərbaycana qaytarmalıdırlar. Bunun alternativi yoxdur, mərhələli həll variantı yeganə yoldur. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.

 

Prezident İlham Əliyev və onun ən yaxın məsləkdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.  

 

“Bütün məsuliyyət Ermənistanın, onun havadarlarının və Minsk qrupunun üzərinə düşəcək"

 

- Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı qeyri-qanuni məskunlaşma siyasəti öz həddini aşır. Bu proses nəyə yönəlikdir və regiondakı vəziyyəti hara aparır?

 

- Ermənistan Livandan, Suriyadan gətirdikləri etnik erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürməklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir. Bu addım beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyət təşkil edir və bu addımı atmaqla Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı bütün imkanların üstündən xətt çəkir. Suriyadan və Livandan köçürülən etnik ermənilərin sıralarının xeyli hissəsini Yaxın Şərqdə terroçuluq fəaliyyəti göstərən ermənilər təşkil edir. Bu isə danışıqlardan imtina edilməsi və münaqişənin hərbi yolla tənzimlənməsinə yaşıl işıq yandırmaq anlamındadır. Burada bütün məsuliyyət Ermənistanın, onun havadarlarının və Minsk qrupunun üzərinə düşəcək.

 

Bütün bu deyilənlər onu göstərir ki, Ermənistan yeni hərbi təxribat və avantüralara əl atmaq istiqamətində siyasətində israrlıdır. Bu mövqeni şərtləndirən iki mühüm amil var: Birincisi, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhran və onun postpandemiya dövründə daha da kəskinləşməsi perspektivi, o cümlədən sabiq prezident Robert Köçəryanın rəhbərliyi altında bütün müxalif siyasi qüvvə və qruplaşmaların Paşinyanın əleyhinə vahid cəbhədə birləşməsi reallığı ölkənin siyasi-hərbi rəhbərliyini hərbi əməliyyatlardan, nə qədər paradoksal səslənsə də, “xilas yastığı” kimi istifadə etməsini şərtləndirə bilər. İkincisi, uzunluğu 878 km olan TAP kəmərinin cari ilin sonunda istifadəyə verilməsi perspektivi nəticə etibarilə dəyəri 40 milyard dollara bərabər olan strateji Cənub Qaz Dəhlizinin işə düşməsi deməkdir. Bu isə Azərbaycanın iqtisadi gücünün, o cümlədən hərbi mövqelərinin daha da möhkəmlənməsi anlamına gəlir. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi Ermənistanla sərhədin 15 kilometrliyindən-Tovuz rayonu ərazisindən keçir. Deməli, sözügedən layihənin real məzmun almasının əleyhdarı olan və bunu özü üçün təhlükə kimi qarşılayan Ermənistan rəhbərliyi məhz həmin istiqamət üzrə növbəti və daha irimiqyaslı hərbi avantüralara əl atacağı proqnozlaşdırılandır.

 

“Rəsul Quliyev və digərilərinin  ölkədən qaçaraq hansı aqibəti yaşadığı hamıya məlumdur”

 

- Son zamanlar ölkədə aparılan kadr islahatları və vurulan yüksək çinli məmurların müxalifətə keçərək ölkədə müəyyən gərginlik yaratma cəhdləri ilə bağlı ortaya fikirlər atılır. Bir çox hallarda sosial sferada son aylar hökumətdə aparılan kadr islahatlarının dövlət sütunlarının laxlaması halı kimi təqdim edilməsi halları da var. Bu barədə nə deyərdiz?

 

- Kadr islahatlarını dövlət sütunlarının laxlaması halı kimi təqdim edənlər kökündən yanılırlar. Hökumətdə yüksək vəzifəli məmurların vəzifədən gedəndən sonra dövlət üçün hər hansı bir təhlükə yarada biləcəyi mümkün deyil. Çox vəzifədən gedən bəzi məmurların hansı aqibəti yaşadığı hər kəsə bəllidir. Uzun illər ölkənin malını talayaraq, sonradan guya müxalifət olan Rəsul Quliyev və digərilərinin  ölkədən qaçaraq hansı aqibəti yaşadığı hamıya məlumdur.

 

Qeyd etmək lazımdır ki, bu islahatlar məhz dövlətin inkişafı, daha da güclənməsi hesabına baş verir. Bu gün öz vəzifəsinin öhdəsindən gələ bilməyən adları çəkilən bəzi məmurlar xalqla dövlət arasında, xalqla Prezident arasında birliyin, inam və etibarın olduğunu yaxşı bilirlər və o məmurların vəzifələrindən yetməsi heç də dövlətin sütunlarının gücdən düşməsi kimi xarakterizə edə bilməz. Ona görə də mən bir daha  xalqa buradan demək istəyirəm ki, hər birimiz dövlət başçısının ətrafında sıx birləşməli və aparılan islahatların mütləq öz bəhərsini verəcəyinə inanmalı və Prezidentin yanında olmalıyıq. Və hər birimiz cənab Prezidentin rəhbərliyi, birinci vitse-prezident Mehriban xanımın humanist, şəfqətli siyasi fəaliyyəti ilə Prezidentin gücünə güc qataraq, hər zaman bu xalqın yanında dayanıb problemləri birlikdə dəfv edə biləcəyimizə inanmalıyıq. Qoy xalqımız buna inansın.

 

Artıq dövr dəyişir, tələblər dəyişir, ona görə də, dövrün tələblərinə uyğun gənc, savadlı kadrlara üstünlük verilir. Sosial, siyasi islahatlarla yanaşı, kadr islahatları da çox önəmlidir. Cənab Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan insanı dayanır.

Bu gün islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi.

Heç kimin əlahiddə səlahiyyəti yoxdur. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim toxunulmaz və müstəsna hüquqlara malik deyil. Qanun qarşısında da hamı bərabərdir. Azərbaycan hüquqi dövlətdir və kimliyindən, vəzifəsindən asılı olmayaraq, qanunu pozanlar ciddi surətdə cəzalanır və bundan sonra da cəzalanacaqlar.

 

Bu gün ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr sonradan hansı aqibəti yaşadığını bilməlidir. Bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq. Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu zamanın çağırışıdır! /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər