Qarışqalar malikanəni yedilər – FOTO/VİDEO

10:33 19-09-2020 | icon 833 | Maraqlı
Qarışqalar malikanəni yedilər – FOTO/VİDEO

Avstraliyanın Qold-Kost şəhərində evli cütlük 375 min funt sterlinqə (825 000 AZN) malikanə alıblar.

 

Lakin onlara həmin evdə ağ qarışqaların – termitlərin yaşadığı barədə xəbərdarlıq edilməyib. Nəticədə həşəratlar bütün binanı içdən yeyib.

 

Bu barədə “Daily Star” xəbər yayıb.

 

 

Şon və Sara Sarson sözügedən daşınmaz əmlaka 2019-cu ildə sahib olublar. Tikinti müfəttişi onlara binanın tam əmniyyətdə olduğuna dair təminat verib. Lakin cütlük evə köçəndən sonra elektrik yuvalarından həşəratlar çıxmağa başlayıb.

 

Ev sahibəsinin sözlərinə görə, bu, dəhşət filmlərini xatırladırdı.

Cütlük yardım üçün başqa bir tikinti müfəttişi Daniel Qolinə müraciət edib. O, malikanəni analiz etdikdən sonra qarışqaların bir evə bu qədər zərər vurduğunu neçə illik iş təcrübəsində ilk dəfə gördüyünü deyib. O, qarışqalardan qurtulmağın yeganə yolunun binanı söküb yenidən tikmək olduğunu bildirib.

Şon Sarson əvvəlki mütəxəssislə əlaqə saxlayaraq qarışqaları göstərib, o isə bildirib ki, potensial alıcıya daşınmaz əmlakdakı çatışmazlıqlar barədə xəbər vermək məcburiyyətində deyil.

Hazırda cütlük məhkəməyə müraciət edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı