Braziliya telekanalında Ermənistanın Azərbaycana təcavüzündən bəhs edilib

00:35 21-09-2020 | icon 562 | Geopolitika
Braziliya telekanalında Ermənistanın Azərbaycana təcavüzündən bəhs edilib

Braziliyanın aparıcı “Rebe TV2" telekanalında “Por Brasilia” ("Braziliya ətrafında") proqramı çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri E.Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi yayımlanıb.

 

Versus.Az xəbər verir ki, E.Poluxov müsahibəsində Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışıb.

 

Müsahibədə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxunulub.

 

Müsahibədə səfir ölkəmizdə COVID-19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu virus ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.

 

Müsahibə telekanalda ölkəmizə həsr edilmiş “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq, həmçinin sosial şəbəkələr vasitəsilə də yayımlanır. /“Report”/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür