Şəxsi istifadə üçün ölkəyə mal gətirilməsi qaydası sərtləşdirilir

00:37 21-09-2020 | icon 108 | İqtisadiyyat
Şəxsi istifadə üçün ölkəyə mal gətirilməsi qaydası sərtləşdirilir

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə 21 avqust 2020-ci il tarixli qərarı bu gündən qüvvəyə minir.

 

Versus.Az xəbər verir ki, qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

 

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

 

Bundan başqa, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb.

 

Versus.Az

Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...

“Övladınızı başqasının torpağında qan tökməyə, işğal etməyə göndərməyin” - MÜSAHİBƏ

“Ermənistanı təslimçi sülhə məcbur etməliyik...”

Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

"Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi"

“Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir”

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

“Təmas xəttini keçmək asan deyildi, lakin biz bunu etdik”

Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur

Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək

“Düşmən hücumu nəticəsində yaralanan azyaşlı həlak oldu”

Düşmən Naftalan - Tərtər rayonlarını atəşə tutur

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Gələn Müstəqillik Gününü zəfər alqışları ilə qeyd edəcəyik” - VİDEO

“Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”

Düşmən Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - FOTO/VİDEO

Xalqın günahı...

Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO

Mehriban Əliyeva paylaşım etdi

Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

“Zəngilan azad edildi”

Düşmənin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - VİDEO

“İnşallah böyük qələbəmizin sevincini yaşayaq”

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Direktor olmaq istəyən namizədlərin NƏZƏRİNƏ

"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır

Azərbaycan “İti qovan” istehsalına başladı - FOTO