Bu sürücülər cərimələnəcək

17:40 01-08-2018 | icon 574 | Gündəm
Bu sürücülər cərimələnəcək

İyulun 31-də 2013 və ondan əvvəlki illərin buraxılışı olan minik avtomobillərinin texniki baxışdan keçməsi müddəti bitib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Versus.Az-a bildirib ki, bundan sonra texniki baxışdan keçməyən avtomobillər kamera vasitəsilə aşkar ediləcək və elektron qərar qəbul ediləcək.

 

V.Əsədovun sözlərinə görə, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində həddindən artıq aktivlik müşahidə olunur:

 

“Bu yaxşı əlamətdir ki, sürücülər texniki baxışdan keçməyə çalışır. Texniki baxışdan keçməyən sürücüləri də dəvət edirik ki, nə qədər ki, şərait yaradılıb, nəqliyyat vasitələrini diaqnostika mərkəzinə təqdim etsinlər. Diaqnostika mərkəzinin əməkdaşları istirahət etmədən çalışırlar”.

 

Bölmə rəisi qeyd edib ki, bu qədər müddətdə sürücülər texniki baxışdan keçməyə gəlmirdilər:

 

“İndiyə qədər sürücülər texniki baxışdan keçməyə əhəmiyyət vermirdilər, lakin indi gəliblər texniki baxışdan keçməyə. Çox güman ki, texniki baxışdan keçməyən avtomobillərlə bağlı kameralar vasitəsilə elektron qərarın qəbul edilməsi sürücüləri məcbur edir ki, texniki baxışdan keçsinlər. Artıq sürücü və polis əməkdaşı arasında heç bir təmasa, narazılığa ehtiyac qalmayacaq".

 

Qeyd edək ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

 

Cəsarət Pənahalıyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı