Şəhid hərbçimizin evinin qarşısında izdiham
Şəhid Elşən Məmmədovun nəşi evinə gətirilir.
Versus.az xəbər verir ki, bu barədə Tovuz rayonunda yaşayan sakinlər sosial şəbəkələrdə məlumat və fotolar yayıblar.
Məlumata görə, şəhid Elşən Məmmədovun cənazəsi bu gün doğulduğu Tovuzun Qazıqulu kəndində torpağa tapşırılacaq. Hazırda dəfn üçün hazırlıq görülür.
Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Elşən Məmmədov Tovuzun Qazıqulu kəndindəndir, 3 oğul övladı var.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"