Deputat İmişlinin Rəsullu kənd sakinləri ilə görüşüb

18:46 21-09-2020 | icon 580 | Siyasət
Deputat İmişlinin Rəsullu kənd sakinləri ilə görüşüb

Razi Nurullayev: "Su ilə bağlı problemlər var və ciddi maliyyə tələb olunur"

 

Deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev Rəsullu kəndinin sovetliyində sakinlərlə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, bu barədə deputat özünün "facebook" hesabında paylaşım edib.
 
 
Deputat görüşlə bağlı təəssüratlarında yazır:
 
 
"Deyim ki, hər şey hamar oldu, yalan olar. Qışqırıq, təlatüm, narazılıq əhvalla dolu görüş oldu. Rayonda bu qədər narazılıq, bu qədər problem olar? Onillərin yığılıb qalmış problemləri var. Hamı sudan narazıdır. Su, su, su. Belə görünür ki, Azərbaycanın ən böyük problemi yaxın illərdə ancaq su olacaq. Su da həyatdır. Yağış yox, kanallarda su az, təchizat zəif, bir tərəfdən də Azərbaycanın su mənbəyi qonşu ölkələrdən gəlir və hər biri də problem yaradır".
 
 
Razi Nurullayev qeyd edib ki, bu problemləri ön görmək olardı, düzgün və dürüst layihələr təqdim oluna bilərdi. Amma görünən budur ki, suvarma suyu ilə bağlı məsələlərin həlli çox gecikdirilib:
 
 
"Mənim əlimdə konkret şikayətlər var və yaxın günlərdə onları Su və Meliorasiya Komitəsi ilə müzakirə etmək niyyətindəyəm.
İmişli suvarma sistemlərinin rəisi Nizami müəllimi də görüşə dəvət etdim və gəldi. Onunla birlikdə Rəsullu su kanalına da baş çəkdik. Ciddi problemlərdir və ciddi də maliyyə tələb olunur. Axı bunları vaxtında mərhələ-mərhələ həll etmək olardı. Nə isə. Bu məsələdə kəskin və barışmaz mövqe tutmaq lazımdır. Bunlar niyə belə olub, problemlər niyə bu qədər böyüyüb? Qara əməllər nə qədər maneçilik törədib? Gərək aydınlaşdıraq".
 
 
Görüşdə eyni zamanda digər şikayətləri də dinləyən deputat araşdırma aparılacağını, mümkün olan yerdə həll ediləcəyini vurğulayıb:
 
 
"Mənim deputat kimi vəzifəm sizin problemlərinizi çatdırmaq və deməkdir, əlimdən gələn köməyi göstərməkdir və bunu da edirəm. Kaş ki, daha çox nələrsə edə biləydim. Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı