Əli Həsənov "Klivlend" Xəstəxanasında - AÇIQLAMA+FOTO
"Xəstəxanada gecələmək həm bahadı, həm də koronavirusa yoluxma təhlükəsi var"
Bir neçə gün öncə sosial mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntüləndiyi bildirilmişdi.
Versus.az-ın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, Əli Həsənov Əbu-Dabidə yerləşən “Klivlend” xəstəxanasında müalicə olunur.
Mənbənin bildirdiyinə görə, Əli Həsənov müalicə olunsa da, qeyri-müəyyən səbəblərdən xəstəxanada yatmır. Müalicə prosesini aldıqdan sonra xəstəxanadan çıxır, qeyri-müəyyən yerdə gecələyir.
Səhhətinin kritik olduğu deyilən Əli Həsənovun müalicə prosesinin necə nəticələnəcəyi isə məlum deyil.
Qeyd edək ki, bir neçə il öncə açıq ürək əməliyyatı keçirən Əli Həsənovun ürəyində yenidən problemlər yaranıb. Özü mediaya açıqlamasında bildirib ki, həm ürəyində, həm də boyun damarlarında ciddi problem aşkarlanıb. Vəziyyəti ikinci infaktdan sonra qənaətbəxş deyil.
Ə.Həsənovun bir neçə gün öncə Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W otelində səhər yeməyi zamanı görüntüləndiyi qeyd edilmişdi. Əli Həsənovun özünün yaydığı məlumatlarda bu xəbərlər qismən təkzib olunub.
Onun sözlərinə görə, W hotel Dubayın ən ucuz hotellərindən biridir. Səhər yeməyi daxil, bir gecəsi 100 dollardır.
"Mən o hoteldə cəmi iki gecə qaldım. Sonra Abu Dabidə hospitalın yanında ev tutduq. Çünki xəstəxanada gecələmək həm bahadı, həm də koronovirusa yoluxma təhlükəsi var"- deyə Ə.Həsənov bildirib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"