"Prezidentin BMT tribunasından dünyaya verdiyi mesaj Ermənistanın işğalçı-faşist mahiyyyətini bir daha ifşa etdi"

18:52 22-09-2020 | icon 437 | Siyasət
"Prezidentin BMT tribunasından dünyaya verdiyi mesaj Ermənistanın işğalçı-faşist mahiyyyətini bir daha ifşa etdi"

Əlisahib Hüseynov: "Məhz ikili yanaşmanın nəticəsidir ki, bu gün ATƏT-in Minsk Qrupunun heç bir praktik fəaliyyəti görünmür"

 

"Azərbaycan Prezidentinin BMT tribunasından dünyaya verdiyi mesajlar Ermənistanın işğalçı-faşist mahiyyyətini bir daha ifşa etmək üçün əla fürsət oldu. Dövlət başçımız BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş videoformatda təşkil edilən Yüksək Səviyyəli İclasındakı çıxışında qeyd etdi ki, beynəlxalq qurumlar təcavüzkar Ermənistana qarşı daha ciddi addımlar atmalıdırlar, Ermənistana qarşı daha ciddi şərtlər qoyulmalıdır, sanksiyalar tətbiq edilməlidir. Prezident bunu nəyə görə vurğuladı? Çünki münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar tərəfindən, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən heç bir konkret addımlar atılmır, Ermənistan tərəfi işğalçılıq siyasətinə son qoymağa məcbur edilmir. Bunu BMT də edə bilər, ATƏT də edə bilər. Lakin etmirlər, yaxud da etmək istəmirlər. Çünki ortada “ikili standartlar” siyasətinin mövcud olduğunu görürük. Dağlıq Qarabağ münaqişəsi isə bədnam “ikili standartlar” siyasətinin ən çox tətbiq edildiyi konfliktlərin siyahısında bəlkə də lap başda gəlir. Bu acı həqiqəti cənab Prezident də qatıldığı bütün nüfuzlu platformaların tribunalarından dəfələrlə qeyd edib".

 
 
Versus.Az xəbər verir ki, bunu ölkə başçısının çıxışını şərh edən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri qeyd edib ki, məhz ikili yanaşmanın nəticəsidir ki, bu gün ATƏT-in Minsk Qrupunun heç bir praktik fəaliyyəti görünmür:
 
 
"Minsk qrupu sanki özü özünü “offsayd” vəziyyətinə salıb. Həmsədrlər çox fəal şəkildə problemin real həlli ilə məşğul olmaq əvəzinə, nədənsə, passiv seyrçi mövqeyində qalmağa üstünlük verirlər. Hərçənd ki, Dağlıq Qarabağı və işğal olunmuş digər 7 rayonu ATƏT rəsmən Azərbaycan əraziləri kimi tanıyıb və onun borcudur ki, həmsədrlər institutunun vasitəsilə münaqişənin birbaşa həlli ilə məşğul olsun, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına real dəstək versin. Lakin biz bunu görmürük. Ortada məyusluq doğuran çox ciddi bir nəticəsizlik var. Cənab Prezident də məhz bu nəticəsizliyi bir daha hər kəsin diqqətinə çatdırdı, eləcə də Ermənistanın yeni işğalçı müharibəyə hazırlaşdığını BMT qarşısında bəyan etdi. Azərbaycan Prezidenti ölkəmizin sülhsevərliyini vurğulayaraq açıq mətnlə bildirdi ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik və çalışacağıq ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin Ermənistan tərəfi buna hazırdırmı? Deyil. Bu ölkənin təxribatçı siyasəti bütün gücüylə davam edir və bugünləri ilk növbədə məhz bu siyasətin qarşısı alınmalıdır, bizim torpaqlar qaytarılmalıdır. Əks halda, Ermənistanın faşist siyasəti nəinki bölgə üçün, həta bütövlükdə dünyanın özü üçün çox ciddi fəsadlara gətirib çıxara bilər".
 
 
Əlisahib Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidenti BMT kürsüsünün verdiyi imkanlardan maksimum rasionallıqla istifadə edərək faşizmin Ermənistanda çiçəklənməsini, bu ölkənin nasizmə sadiqliyini bütün dünyanın diqqətinə çatdırmağa çalışıb:
 
 
"İlham Əliyev nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırdı və bildirdi ki, “Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”. Dövlət başçımızın səsləndirdiyi bu fikirlər son zamanlarda işğalçı ölkəyə vurulmuş növbəti sarsıdıcı zərbə oldu. Mən inanmıram ki, Paşinyan bu cür dəmir məntiqə söykənən ittihamların qarşısına hansısa bir tutarlı əks-arqument çıxara bilər. Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir".
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı