Putin Navalnının zəhəri özü içdiyini iddia edib

01:25 23-09-2020 | icon 377 | Dünya
Putin Navalnının zəhəri özü içdiyini iddia edib

Rusiya prezidenti Vladimir Putin ölkə müxalifətinin lideri Aleksey Navalnın zəhərlənmə hadisəsi ilə bağlı susqunğunu pozub.

 

Versus.Az xarici agentlikərə istinadən xəbər verir ki, Kremlin sahibi bunu hər kəs üçün açıq şəkildə deyil, Fransa prezidenti Emmanuel Makronla bu ilin sentyabr ayının 14-də baş tutan telefon söhbətində dilə gətirib.

 

Qeyd etmək lazımdır ki, iki ölkə lideri arasında baş tutan telefon danışığının məzmunu Fransanın “Le Monde” qəzetində yayımlanıb.

 

Burada Vladimir Putin Aleksey Navalnı haqqında olduqca ikrah dolu ifadələr işlədərək, onu yalançı, simulyant və qanun pozucusu adlandırıb.

 

Rusiya prezidenti fransalı həmkarına Aleksey Navalnının əvvəllər də özünü xəstəliyə vurduğunu iddia edərək, onun rəhbərliyindəki Korrupsiya ilə mübarizə fondunun dövlət adamlarını şantaj etməklə məşğul olduğunu söyləyib.

 

Rusiya liderinin sözlərinə görə, Aleksey Navalnın zəhərlənməsi hadisəsində digər versiyaları gözdən keçirmək lazımdır. Bunlardan biri müxalif siyasətçinin Litva tərəfindən zəhərlənməsi iddiasıdır. Belə ki, “Noviçok” zəhərinin ixtiraçısı hazırda bu ölkədə yaşayır. İkincisi isə Aleksey Navalnının zəhəri özünün içməsi variantıdır.

 

Macron and Putin seek reset in splendour of Versailles | Financial Times

 

Lakin Emmanuel Makron hər iki versiyanı qətiyyətlə rədd edərək fransız ekspertlərin Aleksey Navalnının qanının tərkibində “Noviçok”maddəsini tapdıqlarını söyləyib. Fransa prezidenti “Noviçok”un hər hansı özəl bir təşkilatın əlində olmasının mümkünsüzlüyünə diqqət çəkərək, Rusiya tərəfindən bu məsələyə rəsmi münasibət göstərilməsini gözlədiklərini sözlərinə əlavə edib. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı