Ölkədə internetin sürəti çox zəifdir

10:10 23-09-2020 | icon 280 | Cəmiyyət
Ölkədə internetin sürəti çox zəifdir

Vətəndaşlar Bakıda, Sumqayıtda eləcə də digər regionlarda təklif edilən internetin keyfiyyətindən (sürətindən) narazıdırlar.

 

Versus.Az xəbər verir ki, bu barədə vətəndaşlar tərəfindən müraciətlər edilib.

 

Xüsusilə də valideynlər uşaqların onlayn dərslərə qoşulan zaman çətinlik çəkdiklərini deyirlər.

 

Keyfiyyətsiz internet səbəbindən əlaqə tez-tez kəsilir və bu dərs prosesinin keyfiyyətini azaldır. Pandemiya ilə bağlı əhalinin böyük bir hissəsinin mütəmadi evdə olması və internetdən istifadə etməsi sürəti zəiflədə bilər. Bəs problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildiriblər ki, pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və istifadə olunan internet trafiki kəskin şəkildə artıb. Məktəb və universitetlər distant təhsilə keçdiyindən, evdə olan şagirdlərin və tələbələrin izlədiyi kontentlər bütün videotrafikin təxminən 70 faizini təşkil edir. Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır.

 

Bu isə infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin olunmasını zəruri edir. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

 

Görülən işlər sırasında ilk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı, internet xidməti təqdim edən operator və provayderlər də milli internet operatorlarından aldıqları tutumları artırıblar.

 

Pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda, cari ilin səkkiz ayında dövlət telekommunikasiya operatorları tərəfindən 100 000 abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb və 65 000-ə yaxın vətəndaşın şəbəkəyə qoşulması təmin edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində xidmət göstərən “Baktelecom” və “Aztelekom” MMC pandemiya dövründə paytaxt sakinlərini fasiləsiz rabitə xidmətləri ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

 

Bu dövr ərzində məsafədən iş rejiminin təşkili ilə əlaqədar daha sürətli internet bağlantıları olan ofislərdə istifadə olunan gücləndirilmiş şəbəkə nəzərdə tutulmayan yaşayış yerlərində istifadə edilməyə başladı.

 

Ötən illə müqayisədə bu ilin son doqquz ayı üzrə “Baktelecom”un təqdim etdiyi multimedia xidmətlərinə qoşulmada 40 faiz artım müşahidə olunub.

 

Eyni zamanda Bakıətrafı ərazilərdə də internetin sürətinin daha da yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. Belə ki, “Baktelecom” tərəfindən Bakıətrafı ərazilərdə “Evədək optika” layihəsinin icrası sürətləndirilib. Bundan əvvəl layihə yalnız köhnə və yeni yaşayış binalarında icra olunurdu. Xüsusilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı kəndlərində yerləşən fərdi evlərdə optik şəbəkənin inşası davam etdirilir və sakinlərin rabitə xidmətlərinə qoşulması operativ şəkildə həyata keçirilir.

 

Bu yaxında Biləcəri qəsəbəsi və Hövsan yolundakı Qum adasında yerləşən yeni yaşayış massivinin sakinləri optik xidmətlərlə təmin ediliblər. Hazırda Nizami, Xətai, Sabunçu və Xəzər rayonlarında fərdi evlərdən ibarət olan yaşayış massivlərində tərəfimizdən optikləşdirmə işləri aparılır. “Baktelecom” layihənin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Qeyd edək ki, qurum eyni zamanda köhnə və yeni yaşayış binalarında, demək olar ki, paytaxtın bütün rayonları üzrə “Evədək optika” layihəsini icra edir. Bu ərazilər üzrə, hələ ki, infrastrukturun icrası gedən ərazilər və ya xidmətə qoşulan sakinlər də var. Müraciət sayını nəzərə alaraq telekommunikasiya infrastrukturunun qurulması işləri planlı və operativ qaydada aparılır. Bundan əlavə, məhdud infrastrukturlu ərazilərdə “Baktelecom” tərəfindən LTE texnologiyası ilə “Simsiz rabitə” xidməti təqdim edilir.

 

Hazırda regionlara ötürülən trafikin həcmində 40 faizdən çox artım müşahidə olunur. Regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilir. Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir.

 

Magistral xətlərin ötürülmə qabiliyyətinin 100 qat artırılması məqsədilə DWDM texnologiyası tətbiq edilib. Eyni zamanda paylayıcı şəbəkənin yenidən qurulması layihəsi hazırlanıb. Layihənin ilkin mərhələsində Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlər aparılır. Sözügedən layihə çərçivəsində mis xətlər optik kabellə əvəzlənir, GPON texnologiyası tətbiq edilir.

 

İnternet xidməti ilə bağlı yaranan bütün suallar və müraciətlər qeydə alınır, həlli istiqamətində operativ müdaxilələr edilir. Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artırılması məqsədilə mərhələli işlər digər regionlarda da həyata keçiriləcək. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...