"Səfərbərliklə bağlı qərar elan olunanda bunu bütün Azərbaycan biləcək"

12:14 23-09-2020 | icon 299 | Cəmiyyət
"Səfərbərliklə bağlı qərar elan olunanda bunu bütün Azərbaycan biləcək"

Üzeyir Cəfərov: "İnsanlar bu məsələdə bir qədər maariflənməlidirlər"

 

“Səfərbərlik məsələsi iki gündür ki, çox aktiv şəkildə müzakirə olunur. Burada hansısa bir səfərbərlikdən söhbət getmir. Burda yalnız keçirilən hərbi təlim toplantılarına ehtiyatda olan hərbi qulluqçuların, hərbi mükəlləfiyyətlilərin cəlbindən söhbət gedir. Səfərbərliklə bağlı qərar elan olunanda bunu bütün Azərbaycan biləcək. Biləcək ki, ölkədə səfərbərlik elan olunur və buna əsasən də ölkə hərbi rejimə keçir. Hesab edirəm ki, insanlar bu məsələdə bir qədər maariflənməlidirlər.”

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ehtiyatda olan zabitlərin təlimlərə çağırılması ilə bağlı məlumatların sosial sferada fərqli aspektlərdə müzakirə olunmasına dair açıqlamasında bildirib.

 

Ü.Cəfərov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi o məlumat,  bu barədə məlumatsız olan cəmiyyətdə ajotaj yaratdı. Onun fikrincə, belə bir məlumatın verilməsinə ehtiyac yox idi.

 

Ekspertin sözlərinə görə, bizdə insanlar yaxşı bilirlər ki, ölkə müharibə vəziyyətindədir və hər an torpaqların işğaldan azad edilməsi üçün əməliyyatlar başlaya bilər. Eləcə də bununla əlaqədar olaraq ehtiyatda olan müxtəlif ixtisas sahibləri  toplantılara cəlb oluna bilərlər. Amma bəziləri bunu digər vacib məqamlarla qarışdırırlar. Əksər insanlar təcrübəsizlikdən bunu başa düşmür.

 

“Axı indi  hansısa bir  fors-major vəziyyəti yoxdur ki, biz narahat olaq. Hərbi rejim o deməkdir ki, faktiki olaraq bütövlükdə ölkənin bütün işləri müharibə qanunları ilə tənzimlənir. Bu qayda təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində mövcuddur.  Məsələn, hər il İsraildə ehtiyatda olanlarla bağlı təlimlər keçirilir və insanlar çox rahat şəkildə bilirlər ki, onlar 5, yaxud 40 gün təlimlərdə olacaqlar və onların işlədiyi yerlərdə məvacibləri saxlanılmaqla, ailələrinin müəyyən qayğı və problemləri həll olunacaq. Belə olan halda hansısa ajotaja da şərait yaranmır.  Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  elan etdi ki, belə təlimlərlə bağlı çağırışlar bundan əvvəl  də keçirilib. Bəli, bundan əvvəl Müdafiə Nazirliyinin keçirdiyi 20-25 minlik təlimlərə xeyli sayda ehtiyatda olan zabitlər də cəlb olunmuşdu. Amma  bu dəfə başqa elementlər də sınaqdan keçirilir. “Pikap” maşınların təlimlərə cəlb olunması sanki insanlarda çaşqınlıq yaratdı. Əslində, 2005-ci ildə qəbul olunan “Hərbi Nəqliyyat Vasitəsi Haqqında” əsasnaməyə əsasən,  2006-cı ildə Nazirlər Kabinetinin çox aydın şəkildə bir qərarı olub ki, təlimlərə yüksək keçmə qabiliyyəti olan CİP sahəsinə bağlı olan avtomobillər, qoşqular,  traktorlar cəlb oluna bilərlər. Bir tərəfdən deyirik ki, torpaqlarımız azad olsun, digər tərəfdən də deyirik ki, yox,  mən maşınımı vermiyəcəm, bu mənim şəxsi mülkiyyətimdir və sair. Bəli Konstitusiyaya əsasən bu sənin şəxsi mülkiyyətindir və hər kəs bunu tanıyır. Amma müharibənin öz tələbləri, öz qaydaları var. Ona görə də hər bir vətəndaş bu məsələyə anlaşma ilə yanaşmalıdır və vəziyyəti düzgün qəbul eləməlidir”.

 

Ü.Cəfərov bildirib ki, mütəmadi qaydada məşqlər keçiriləndən sonra insanlarımız vəziyyəti daha düzgün anlayacaqlar. Biləcəklər ki, onun avtomobili də həmin təlimlərə cəlb oluna bilər.

 

“Yəni bu, Azərbaycanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı olan bir tədbirdir və hər bir Azərbaycan vətəndaşı buna anlayışla yanaşmalı və hazır olmalıdırlar. Bu mənada hesab edirəm ki, bu qərarlar heç bir narahatçılıq, ajotaj yaratmamalıdır.

Düzdür, mən bir hərbçi kimi bunu adi qarşılayıram. Lakin hər bir vətəndaş buna hazır olmalıdır.  Çünki Qarabağın işğaldan azad olunması, təhlükəsizliyimizin təmin olunması bizim işimizdir, bunu övladlarımıza saxlamamalıyıq. Biz yaramazları torpaqlarımızdan çıxarmalıyıq.  Azərbaycanın əraziləri tam şəkildə bərpa olunmalıdır. Biz bu məsələlərdə vətəndaş mövqeyi nümayiş etdirməiyik. Biz erməni ilə müharibəni birdəfəlik qurtarmalıyıq. Nə qədər ki, məkirli erməni bizim qonşumuzdur hər zaman belə təxtibatlara hazır olmalıyıq. Ona görə də şəhidlərimiz də olacaq, yaralananımız da olacaq. Çox təəssüf ki, erməni kimi bir yaramazla qonşuyuq, bu bizim yaşadığımız realıqdır. İnsanlarımız özü özünü tərbiyə eləməlidir ki, məni istənilən an müharibəyə də apara bilərlər,  mən şəhid də ola bilərəm, mən yaralana da bilərərm. Ona görə də müvafiq qurumlar maarifləndirmə aparmalıdırlar ki, belə vəziyyətlərdə insanlarda ajotaj yaranmasın”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...