"Onlar üçün Azərbaycan yox dərəcəsindədir"

13:05 23-09-2020 | icon 223 | Siyasət
"Onlar üçün Azərbaycan yox dərəcəsindədir"

Hafiz Hacıyev: “Həsənovların, Ramiz Mehdiyevlərin qohumları da təlimlərdə iştirak etməlidir”

 

“Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

O, qeyd edib ki, Əli Həsənov və övladları ölkədə deyil:

 

“Onlar üçün Azərbaycan yox dərəcəsindədir. Hazırda xaricdə sərvətlərini yeməklə məşğuldurlar. Bu gün hər bir azərbaycanlı hərbi borcunu yerinə yetirir. Düşünürəm ki, bu məsələdə bərabərlik prinsipi gözlənilməlidir”.

 

Hafiz Hacıyev vurğulayıb ki, Əli Həsənovun oğlu da təlimlərə cəlb edilməlidir:

 

“Təəssüf ki, bu gün o, ölkədə deyil. Dünyanın ən gözəl guşələrində istirahətdədir. Dövlətimizin qorunması bu gün vətən sevənlərin çiyinlərindədir. Onlar isə dövlətin milyardlarını oğurlayıb, yeyirlər. Ona görə də Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir. Hər kəs lazım gələrsə, vətən uğrunda şəhid olmalıdır. Əli Həsənovların, Ramiz Mehdiyevlərin qohumları da təlimlərdə iştirak etməlidir. Niyə də getməsin. Təəssüf ki, bu gün onların hər biri başqa ölkələrdə kef içindədir. Zamanı gələndə xalq onlara öz yerini göstərəcək”. /konkret.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi