MCP-də yeni təyinat

16:34 23-09-2020 | icon 577 | Siyasət
MCP-də yeni təyinat

Tural İrfan MCP-nin dini məsələlər üzrə müavini oldu

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev partiya funksioneri Tural İrfanı sədrin dini məsələlər üzrə müavini təyin edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə MCP Mətbuat Xidmətindən bildirilib.
 
 
Partiya sədrinin bu qərarı MCP-nın Siyasi Şurasında müzakirə edilib təsdiq ediləcək. R.Nurullayev heç bir problem olmayacağını bildirərək, Tural bəyə təbriklərini ifadə edib. Eyni zamanda, T.İrfanın partiyanın inkişafında önəmli işlər görəcəyinə inandığını vurğulayıb.
 
 
Qeyd edək ki, Tural İrfan (Tural Qara oğlu Əhmədov) ixtisasca ilahiyyatçı, islamşünasdır. Bir müddət ixtisası üzrə Bakı İslam Universitetində müəllim işləyib. Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsində səlahiyyətli nümayəndəsi olub.
 
Yazıçılıq və jurnalistika fəaliyyəti ilə də məşğul olur. İşğal edilmiş yurd yerlərimiz, Vətən şəhidlərimiz, vətənpərvərlik mövzusunda yazdığı səkkiz kitab müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
 
 
2012-ci ildə Prezident tədaüdünə layiq görülüb. İlahiyyat sahəsində dini tolerantlıq, ənənəvi islam dəyərləri, islam və müasirlik, xurafatçılığın tənqidi, dinlərin ortaq nöqtələri və digər vacib mövzulara aid yüzdən çox məqalə və tədqiqatın, bir neçə elmi əsərin müəllifi, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantıdır.
 
 
PƏRİ
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı