Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edə bilər

17:31 23-09-2020 | icon 296 | Siyasət
Milli Məclis Qüdrət Həsənquliyevi məsuliyyətə cəlb edə bilər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini Qüdrət Həsənquliyev ehtiyac yaranarsa, parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

 

Onun sözlərinə görə, İntizam komissiyasının üzvləri öz aralarında Qüdrət Həsənquliyevlə bağlı müzakirə apardıqdan sonra məsələyə baxıla bilər.

 

N.Həsənov onu da əlavə edib ki, Q.Həsənquliyev kifayət qədər peşəkar hüquqşünas və deputatdır.

 

Qeyd edək ki, Q.Həsənquliyev açıqlamasında əsgərlərimizin Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözlədiyini deyib.

 

Azərbaycan Müdafiə Nazirliyi isə Q.Həsənquliyevin bu fikirlərinə etiraz edib.

 

Nazirlik bəyan edib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də müsahibəsində Q.Həsənquliyevi tənqid edib.

 

“Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi. Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək”, - deyə H.Hacıyev əlavə edib. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür