Rusiya sülhməramlılarını Qarabağda yerləşmək iddiasından əl çəkmir

18:01 23-09-2020 | icon 373 | Siyasət
Rusiya sülhməramlılarını Qarabağda yerləşmək iddiasından əl çəkmir

Qabil Hüseynli: “5 rayonun qaytarılması məsələsi əvvəldən Azərbaycan üçün məqbul olunmayıb, indi də məqbul deyil”

 

“Lavrovun söylədikləri bütövlükdə sülhyaratma prosesinə əngəl törətməkdən başqa bir şey deyil və onun ətrafında hər hansı bir mükalimə aparmaq olmaz”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə - “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır” - fikirlərini şərh edərkən politoloq Qabil Hüseynli bildirib.

 

Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən susi-istifadə edir. Onun fikrincə, ümumiyyətlə, Lavrovun Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb nizamlanma prosesi haqqında məlumat verməsinin özü təəccüblüdür. Çünki bu məsələ haqqında yalnız Putin nələrsə söyləyə bilər.

 

Q.Hüseynli qeyd edib ki, 5 rayonun qaytarılması məsələsi əvvəldən Azərbaycan üçün məqbul olunmayıb, indi də məqbul deyil:

 

“Azərbaycan tərəfi yalnız 7 rayonun qaytarılacağı, ondan sonra Dağlıq Qarabağın statusunun razılaşdırılması və bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi haqqında fikir mübadiləsi apara bilər.

Ümumiyyətlə sülhməramlı qüvvələrin bölgəyə gətirilməsinin tərəfdarı deyilik. Belə olan surətdə Rusiya bölgəyə və Qarabağa “nizamlanmanı” birdəfəlik əlinə ala bilər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri kimi öz qüvvələrini bölgəyə yeridə bilər”. /Hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür