İDDİA: Əkrəm Əylisli vətəndaşlıqdan çıxarılmalıdır

11:32 24-09-2020 | icon 382 | Cəmiyyət
İDDİA: Əkrəm Əylisli vətəndaşlıqdan çıxarılmalıdır

Hafiz Hacıyev: "Evinin qabağında piketlər keçirilməli, ölkədən qovulması tələbi qoyulmalıdır"

 

Yaıçı Əkrəm Əylisilinin Ermənistanda müəllif hüquqlarını verdiyi nəşriyyat və ABŞ-dakı erməni lobbi təşkilatı ANCA sifarişi ilə Bostondakı Academic Studies Press elmi nəşriyyatı növbəti kitabını nəşr edib.

 

Versus.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazılıb.

 

Bildirilir ki, Columbia Harriman Institute-də buna həsr olunan vebnar keçirəcək:

“Ən böyük xəyanət vətəninə və xalqına xəyanətdir. Ondan o tərəfi yoxdur. Əkrəm Əylislinin erməni nəşriyyatı ilə bağladığı müqaviləyə görə o müəllif hüququn bu nəşriyyata verib və müqavilədə ona çatacaq qonorarın 20%-nin erməni qaçqınlarının məskunlaşdırlması fonduna köçürülməsi barədə razılaşıb”.

 

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reportyor.info-ya açıqlamasında bildirib ki, Əkrəm Əylisli indi yox, bir neçə il əvvəldən xəyanət etməkdədir.

Onun sözlərinə görə, ölkənin torpaqlarının azad edilməsi üçün müharibə əhvalında olduğu vaxtda yazıçının erməni təşkilatı ilə bağladığı müqavilə şərəfsizlikdir:

 

“Biz bir neçə il qabaq partiya olaraq qərar vermişdik ki, Əkrəm Əylislinin qulağı kəsilsin. Buna görə pul mükafatı vəd etmişdik. Partiya üzvlərimiz günlərlə onun evinin qabağında növbə ilə gözlədilər, amma qorxusundan çölə çıxmadı. Çünki yazanda özündə tapdığı güc şəxsiyyətində yoxdur. O zaman prezident vətənpərvər bir addım atdı, ortaya mövqe qoydu və Əkrəm Əylisli titullarından məhrum edildi. Ancaq bu da ona azdır…”

 

H.Hacıyev qeyd etdi ki, onun qulağının kəsilməsi qərarından sonra müxtəlif xahişlər, çağırışlar olub:

“ABŞ səfiri mənə zəng etdi ki, bu işdən çəkilməyə dəvət edirik. O vaxtdan bilirdik ki, ermənilərlə işbirliyindədir.

Əkrəm demişdi ki, Ramiz Mehdiyevlə məsləhətləşib addım atıram. Bilirsiniz ki, Mehdiyevin xanımı ermənidir və onların Əkrəmlə işbirliyi başadüşüləndir. Bu gün etdiyi isə ən böyük vicdansızlıqdır.

Əgər doğurdan da ermənilər kitabını çap etdirirsə, alacağı qonorardan 20 faiz erməni qaçqınların məskunlaşmasına ayrılmasına razılaşıbsa, bir millət olaraq vay bizim halımıza…

Əslində mən təəccüblənmirəm. Ölkədə dayısı, anası erməni olan vəzifəlilər var. Əkrəmin etdikləri onların xoşuna gəlir. Ancaq Azərbaycan dövlətinin, prezidentinin və hüquq-mühafiə orqanlarının bu hadisəyə münasibət bildirməsi lazımdır.

Hesab edirəm ki, Əkrəm Əylisli vətəndaşlıqdan çıxarılmalıdır. Xocalıda ermənilərin xalqımıza etdiyi terror, vəhşilik Əkrəm üçün ölüm olmalıydı. Ancaq bu adamın heç bir milli heysiyatı yoxdur. Ona görə evinin qabağında piketlər keçirilməlidir, ölkədən qovulması tələbi qoyulmalıdır. Bu ölkənin çörəyi ona haram olsun”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...