"Ermənilər müharibə yolu seçirsə, bizm başqa yolumuz qalmır"

12:47 24-09-2020 | icon 329 | Siyasət
"Ermənilər müharibə yolu seçirsə, bizm başqa yolumuz qalmır"

Fuad Əliyev: "Ermənistanın artan bu aqressiyasının qabağı alınmalıdır"

 

İşğalçı Ermənistan yenidən Tovuz istiqamətində Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. Düşmənin bu ilin iyul ayından etibarən məhz bu ərazidən həmlələr etməsinin arxasında hansı planların dayandığı barədə çoxsaylı suallar var. Azərbaycan cəmiyyəti isə düşmənin bu istiqamətdə hər hücumundan sonra daha da sıx birləşir.

 

Bəs müxalifət Tovuzda yenidən döyüşlərin bərpa edilməsi və Ermənistanın artan aqressiyası haqda nə deyir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə vurğulayıb ki, baş verənlər Ermənistanın müharibə yolunu seçməsinin daha bir təsdiqidir:

 

“Azərbaycana Ermənistan tərəfindən törədilən təxribatdan sonra Ermənistanın baş naziri və müdafiə naziri qondarma ”DQR"ə səfər etdilər. Daha sonra baş nazirin həyat yoldaşı 18-27 yaşlı erməni qadınların hərbi təlimlərdə iştirak etməsi üçün çağırış etdi. Şəxsən özü əlində silahla şəkil çəkdirir, bizə hədə-qorxu gəlir. Ermənistan müdafiə naziri Gəncəni vurmaqla hədələyir. Bütün bunların ardınca Tovuzda yenidən atəşkəsin pozulması o deməkdir ki, ermənilər müharibə yolunu seçiblər. Ermənistanın artan bu aqressiyasının qabağı alınmalıdır. Biz beynəlxalq hüquqa əsaslanıb, BMT-nin məlum qətnamələrini əsas tutaraq işğalda olan torpaqlarımızı təcili güc yolu ilə azad etməliyik. Ermənilər müharibə yolu seçiblərsə, onda bizm başqa yolumuz qalmır. Biz işğalda olan torpaqlarımızı müharibə yolu ilə azad etməliyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı