BƏYANAT

18:49 03-08-2018 | icon 511 | Siyasət
BƏYANAT

Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurası bəyanat verib.

 

Şuradan Versus.Az-a verilən məlumata görə, bəyanatda deyilir:

 

"Görkəmli qələm sahibi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Yazıçılar Birliyinin Ağsaqqallar şurasının da üzvüdür. Son zamanlar bəzi mətbuat səhifələrində və saytlarda yazıçı-deputata qarşı yönəlmiş qaralama kampaniyasına öz münasibətmizi bildirməliyik. İstedadlı publisist Elmira Axundova həmişə dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına xidmət edib. Onun fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev: “Elmira Axundova çox dəyərli bir insandır” – demişdir.

 

Ulu Öndərə minnətdarlığını və sədaqətini Elmira Axundova Heydər Əliyevə həsr olunmuş çoxcildliklərində ifadə etmişdir və bu kitablar bir çox xarici ölkədə də nəşr edilmişdir. Görünür müəyyən qüvvələr bütün bunları Elmira xanıma bağışlaya bilmir və onu hər cür ləkələməyə çalışırlar. Mediada yer alan faktlarda həqiqət varsa mətbuata yox, məhkəmə-istintaq orqanlarına müraciət edilməliydi. Məhz ancaq müəyyən media vasitələrindən istifadə olunması belə faktların həqiqətə uyğun olmamasına dəlalət edir. Şübhəli və qanunsuz yollarla əldə edilmiş, montaj olunmuş kompramatlardan istifadə edilərək ictimaiyyətə süni sensasiya təqdim olunur. Elmira xanıma yönəldilən ittihamlara hüquq daxilində qiymət verilməlidir. Məhkəmənin qərarı olmadan nüfuzlu ziyalıya, deputat-yazıçıya qarşı belə qaralama, ləkələməli kampaniyası fikrimizcə yol verilməzdir.

 

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası həmkarımız, Xalq yazıçısı, Şuramızın üzvü Elmira Axundovaya qarşı bu çirkin kampaniyaya son qoyulmasını tələb edir".

Azərbaycan Yazıçılar Birliyi

Ağsaqqallar Şurasının sədri, Xalq şairi

Nəriman Həsənzadə

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi