Çap medianın problemlərinə həsr edilmiş beynəlxalq KONFRANS

13:13 24-09-2020 | icon 165 | KİV
Çap medianın problemlərinə həsr edilmiş beynəlxalq KONFRANS

Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Qlobal Həmkarlar İttifaqları Koalisiyasının (UNI Global Union) birgə təşəbbüsü ilə çap medianın problemlərinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, "Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!" devizi ilə onlayn keçirilən konfransa dünyanın 95 ölkəsindən 100-ə qədər nümayəndə qatılıb. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvü və Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli konfransda iştirak edib.

 

Müşfiq Ələsgərli konfransla bağlı açıqlamasında bildirib ki, konfransda ənənəvi medianın problemləri sadalanıb, çıxış yolları üçün təkliflər səsləndirilib. Qeyd edilib ki, COVID-19 pandemiyasının şərtləri altında reklam gəlirlərinin kəskin azalması, maliyyə problemlərinin artmas ənənəvi medinı çıxılmaz duruma salıb. Qlobal səviyyədə ənənəvi media qurumlarının təqribən 25%-i bağlanmaq məcburiyyətində qalıb, hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı və ya iş şəraitinin pisləşməsi ilə üzləşib. Pandemiya dövründə "saxta xəbərlərin qarşısını almaq", sosial şəbəkələrin fəaliyyətini tənzimləmək adı altında KİV haqqında qanunlara əlavələr edilib ki, bunların  əksəriyyətində hökumətlərin sui-istifadə halları aşkar görünür, media azadlığının çərçivəsi kəskin şəkildə daraldılır...

 

Yaranmış durum digər peşəkar media qurumlarına nisbətən çap medianın (gündəlik qəzet və jurnal sektoru) durumuna daha kəskin şəkildə təsir edib, çap medianın həm də yayım problemi ortaya çıxıb, insanların "evə kilidlənməsi" qəzet yayımını minimuma endirib, oxucu sayını azaldıb.

 

Amma bütün bunlar mövcud problemlərin yalnız bir qismidir. Peşəkar medianın əsas problemi pandemiyadan daha öncə, təqribən 20 il əvvəldən başlayıb. Pandemiya peşəkar medianın son 20 il müddətində üzləşdiyi narahatedici  tendensiyaları, sadəcə olaraq, daha da sürətləndirib. Peşəkar medianın, xüsusilə çap medianın əsas problemi onun resurslarının rəqəmsal media tərəfindən ələ keçirməsiylə bağlıdır. Ortada "haqsız, ədalətsiz rəqabət" mühiti yaranıb ki, qarşısı alınmasa, peşəkar media qurumlarının sıradan çıxarılması davam edəcək, "ələbaxan KİV-lər" meydan sulayacaq, "xəbər məkanını öz keyfiyyətsiz məhsulları ilə dolduran" sosial medianın imkanları genişlənəcək. 


Sadalanan problemlərin aradan qaldırılması, peşəkar medianın müdafiə olunması üçün "Keyfiyyət Jurnalistika uğrunda Qlobal Platforma" rəsmən təqdim edilib və fəaliyyət istiqamətləri açıqlanıb. Platforma adından elan edilib ki, artıq sosial şəbəkələrlə, məxsusi olaraq informasiya texnologiyaları nəhəngləri ilə münasibətlərin aydınlaşdırılmasının zamanı çatıb: 

"GAFAM-a (Google, Apple, Facebook, Amazon, Microsoft) daxil olan şirkətlər (informasiya texnologiyaları nəhəngləri) özlərinin ümumilikdə 900 milyard dollar dəyərində olan gəlirlərini media auditoriyası üzərində əldə ediblər. Təkcə Google bir il müddətində-2018-ci ildə xəbərlərin dövriyyəsindən 4.7 milyard dollar qazanıb, amma bunun heç 1%-ni də həmin xəbərlərləri istehsal edən media qurumları ilə,  jurnalistlərlə paylaşmayıb. GAFAM üzvləri ölkələrin əksəriyyətində vergi ödəmirlər. Konfrans adından dünya dövlətlərinə və beynəlxalq dövlətlərarası təşkilatlara müraciət edilib: "GAFAM şirkətlərinin 900 milyard dollar dəyərində olan gəlirləri üzərinə 6% səviyyəsində vergi tətbiq edilsin. Əldə edilən gəliri peşəkar jurnalistikanın inkişafına yönəltməklə, jurnalistikaya 54 milyard dollar qazandımaq mümkündür ki, bu da peşəkar medianın xilası üçün mühüm mənbədir". /milli.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ

ADLAR DƏYİŞDİ - Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli oldu

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Türkiyənin Nişantaşı Universiteti 20 şəhid ailəsi üzvünə təqaüd ayırdı

I Qarabağ müharibəsinə yaşı çatmayan RÖVŞƏN II Qarabağ müharibəsinin ŞƏHİDi OLDU

Ağdam mənim ana yurdumdur

Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO