MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

13:41 24-09-2020 | icon 1312 | Siyasət
MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

Qismət Allahverdiyev: “Vətənə olan yarım qalmış borcumu tamamlamağa hazıram”

 

Ermənistan rəhbərliyinin müharibəyə hazırlığı Azərbaycan hökumətinə, ictimaiyyətinə baş verəcəklərə hazırlıqlı olmağı diqtə edir. Ehtiyatda olan hərbçi vəzifəlilər səfərbər olub və gənclər də könüllü olaraq döyüşmək üçün qeydiyyata alınmaq üçün müraciətlər edirlər.

 

Versus.Az xəbər verir ki, bu sırada siyasilər də var.

 

Müasir Müsavat Partiyasının (MMP) Tərtər rayon təşkilat sədri Qismət Allahverdiyev saytımıza açıqlamasında bildirib ki, o da bir vətənpərvər, dövlətini, ölkəsini sevən şəxs kimi vətənə olan yarım qalmış borcunu tamamlamağa hazırdır.

 

Q.Allahverdiyev siyasi fəaliyyətini davam etdirməklə yanaşı Tərtərdə Kəlbəcər tam orta məktəbində hərbi rəhbər işlədiyini bildirib.

 

Q.Allahverdiyev 15 may 1991-ci ildən 1 avqust 1996-cı ilədək Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Döyüşlərdə yaralanıb, donvurmaya düşüb. Tovuz döyüşləri zamanı hərbi komisarlıqda könüllü kimi qeydiyyatdan keçdiyini deyən MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə getməyə hazır olduğunu deyib.

 

Qeyd edək ki, MMP sədri Hafiz Hacıyev partiyanın cəbhəyanı rayonlarında olub və təşkilat sədrləri ilə səfərbərliklə bağlı müzakirələr aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları