Türkiyədə məşhur moda ustası Yıldırım Mayruk son dəfiləsini təqdim edib.
Versus.Az xəbər verir ki, Mert Fırat və Tuğçe Sarıkayanın aparıcısı olduğu dəfilədə tanınmış simalar yer alıb.
Türkiyənin canlı əfsanəsi, aktrisa Türkan Şoray sonda podiumda boy göstərib. Bu zaman onun ayağı büdrəsə də, xoşbəxtlikdən yıxılmayıb.
T.Şoraydan sonra səhnəyə çıxan Y.Mayruk vidalaşma mərhələsində göz yaşlarına hakim ola bilməyib. Onun bu vəziyyəti bütün iştirakçıları təsirləndirib. /Sondakika.com/