Qüdrət Həsənquliyevi qınayanlar, haqq qazandıranlar da oldu

19:18 24-09-2020 | icon 1160 | Siyasət
Qüdrət Həsənquliyevi qınayanlar, haqq qazandıranlar da oldu

“Ölmək istəmirsə, evində oturub bozbaşını bişirsin”

 

Azərbaycan torpaqlarının illərdir işğalda qalması və məkirli düşmənin ölkəmizə qarşı apardığı təxribatlar ölkə ictimaiyyətini getdikcə daha çox hiddətləndirir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər, namussuzluğu davam etdikcə, qəzəb hissi səbr kasamızı doldurur. Düşmənə məhz özünün başa düşdüyü dildə cavab vermək istəyi uşaqdan böyüyə, kişisindən qadınına qədər hər kəsi silaha sarılmağa çağırır.

 

“ƏR döyüşçülərimizin qadına əl qaldırmağını özünün ləyaqətinə sığışdırmadı”

 

Bəs nəyə görə, bu günlər Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin məhz bu qəzəbdən çıxış edərək, torpağımızda at oynadan düşmənin nazı ilə oynamadan, kimliyindən asılı olmayaraq silahını Azərbaycana tuşlayıb bizi öldürmək istəyən düşmənə qarşı işlətdiyi ifadə müharibəyə məcbur edilən ictimaiyyət tərəfindən yanlış hesab olundu? Niyə deputatın dediyi fikirlərin mətnindəki bir cümlə, güc mərkəzimiz, insanlarımız tərəfindən birmənalı qəbul olunmadı?

 

Bu etiraz elementləri əslində Azərbaycan xalqının, türk millətinin “erməniləşməsinə razılaşmamağının ifadəsi oldu. Bizim yağı düşmənə bənzəmədiyimizi dilə gətirən xalq, özünün humanistliyini, tollerantlığını bir daha ortaya qoymuş oldu.

 

 

 

Millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanın dinc əhalisinə silah tuşlayan erməni baş naziri Paşinyanın arvadı Anna Akopyanın tərksilah edilərək öldürülməsi yox, girov götürülməsi ilə bağlı fikriləri niyə qəbul etmədik. Niyə? Çünki Akopyan düşmənçilik etsə də, silahı Azərbaycana tuşlayıb gözünü qırpmadan körpə uşağımızı öldürməyə hazırlaşsa da, Azərbaycan ictimai-siyasi camiyəsi ƏR döyüşçülərimizin qadına əl qaldırmağını sözdə belə özünün ləyaqətinə sığışdırmadı. Bəlkə də bu humanist yanaşma, müharibə qaydalarına uyğun deyil. Amma biz Azərbaycan insanı olaraq bu cür tərbiyə olunmuşuq və bəlkə də başımıza gətirilənlər bu xüsusiyyətimizə görə baş verir...

 

Onu da bilirik ki, Anna Akopyanın Ermınistanda qadınlardan ibarət hərbi dəstə yaradaraq təlimlər keçib silahı Azərbaycana, dinc əhaliyə tuşlaması Qarabağda erməni məkrinin, işğalçı missiyasının azğınlaşmasıdır. Və Akopyan silahı Azərbaycana tuşlayarkən erməni xisləti ilə hərəkət edəcək. O, hətta Xocalı hadisəsini yenidən təkrar edərək tərəddüd etmədən qocalarımızı, uşaqlarımızı, qız- gəlinlərimizi öldürəcək. Çünki təkcə 1992-ci il Xocalıda soyqırımı törədənlər də elə Akopyanların əllərinə silah verdiyi erməni balaları idi...

 

Buna baxmayaraq insanlarımız deputatın "Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizlikə gözləyirlər" –sözlərini özünün şərəfinə, ləyaqətinə sığışdırmadı. Təbii ki, Q.Həsənquliyev bu fikirləri səsləndirərkən, bütövlükdə Azərbaycana müharibə elan edən Ermənistanı və onun əsgərlərini nəzərdə tuturdu. Amma yenə də, dedilər ki, erməni axciyi kimdir ki, Azərbaycanın ƏR əsgəri döyüşdə diqqətini məhz onun kimilərinin girov götürülməsinə yönəltsin.

Bəli, Azərbaycan əsgəri ona qarşı vuruşan, torpaqlarını işğalda saxlayan təcavüzkar Ermənistanla döyüşməyə hazırdır. Lakin tülkü, qorxaq, namussuz düşmən hələ ki, odumuzun qarşısına çıxa bilmir, arxadan zərbə vurmaq üçün hər an məqam gözləyir...

 

Versus.az dünəndən bəri sosial sferanı zəbt edən bu məsələ ilə bağlı təhlillər aparmaqla  yanaşı, ictimai-siyasi camiyənin mövqeyini də öyrənib.

 

“Biz bu döyüşdə Akopyanın ovuna çıxmamışıq”

 

Politoloq Fikrət Sadıqov bildirib ki, illərdir Azərbaycan torpaqları işğal altındadır və vandal erməni Azərbaycan insanlarına qarşı hədsiz iyrənc hərəkətlər, cinayətlər törədib:

 

“Erməni quldurları girov götürdükləri Azərbaycan qadınlarının başına min bir oyun gətirib. Xocalı soyqırımını törədən erməni quldurlarının törətdiklələri heç bir insanlığa sığa bilməz. Biz bu faciələri yaşamışıq və düşmənə qarşı nə qədər nifrət bəsləsək də, biz erməni kimi qaniçən, qadına, uşağa, qocaya aman verməyən qatı cinayətkar deyilik. Bizim ordu öz torpaqları uğrunda savaşır və savaşacaq. Bizim ordu qadına, uşağa, qocaya erməninin yanaşdığı kimi yanaşa bilməz. Çünki milli ləyaqəti, mənliyi, insanlığı var və o öz torpaqlarının azadlığı uğrunda vuruşur.

Ermənilər işğal olunmuş torpaqlardan rədd olmalıdır. Torpaqlar işğaldadırsa, biz hücuma keçməliyik. Biz bu döyüşdə heç də Akopyanın ovuna çıxmamışıq. Təbii ki, bizə Akopyan yox, azad olunmuş torpaqlar lazımdır”.

 

“Akopyanın hərəkətləri ölüm saçır və şiddətli şəkildə pislənilməlidir”

 

Millət vəkili Razi Nurullayev bildirib ki, deputat Qüdrət Həsənquliyev "...bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər" sözlərini işlədib. R.Nurullayev qeyd edib ki, burda söhbət Azərbaycan əsgərinə atəş açmağa hazırlaşan, onu öldürmək istəyən əli silahlı Anna Akopyandan gedir:

 

“Mən dövlət rəsmilərinin bununla bağlı bəzi narahatlıqlarını bölüşə və onları anlaya bilirəm. Bu da bir siyasətdir. Amma, Azərbaycanın Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı bəyanatını, yaxud açıqlamasını qəbul edə bilmirəm. Çox məyus oldum. Belə müharibə udmaq olar? Sadəcə, mesajımı verdim və daha çox deməyin də anlamı yoxdur”.

 

Deputat, hesab edir ki, həmkarı, partiya sədri Qüdrət Həsənquliyev bir hüquqşünas kimi mülki, silahsız şəxsləri nəzərdə tuta bilməzdi və bunu heç zaman etməzdi də.

Razi bəy bildirb ki, Azərbaycanın heç bir vətəndaşı, əsgəri, zabiti, ümumiyyətlə heç bir azərbaycanlı mülki vətəndaşa, uşağa, qadına və qocaya silah qaldırmaz, əsir götürməz:

 

“Uşaqları qətlə yetirən, qocaları öldürən, əsir qadınlarımızın başına insanlığa yaraşmayan oyunlar açan erməni əsgəri, zabiti və siyasi rəhbərliyi olub. Xəbəriniz olsun ki, Anna Akopyan Müdafiə Nazirliyinin köməyi ilə növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir. Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək və Azərbaycan əsgərlərinin maketinə atəş açacaq, onları öldürməyi məşq edəcək. Mən bütün tərəqqipərvər dünyanı Paşinyanın arvadı Anna Akopyanın bu hərəkətlərini ən kəskin şəkildə pisləməyə çağırıram. Anna Akopyanın hərəkətləri ölüm saçır və şiddətli şəkildə pislənilməlidir.

Bir qadın sülh rəmzi olmalıdır, sülhə çağırış etməlidir. Qoy dünya Azərbaycan və Ermənistan qadınlarını müqayisə etsin. Birinci xanımlar səviyyəsində. Həqiqətlər o zaman üzə çıxacaq!”

 

“Bu cür düşünülməmiş bəyanat verən deputat bunu anlamalıdır”

 

Politoloq Ramiyə Məmmədova bildirib ki, Dağlıq Qarabağ müharibəsi artıq 30 ildən çoxdur davam edir və bu müharibənin fəsadlarını, nə qədər qan töküldüyünü, insan təlafatının olduğunu bizdən yaxşı bilən yoxdu:

 

“Biz işğalçı Ermənistanın torpaqlarımıza göz tikdiyi gündən bu ağrını hiss edirik, bu itkiləri vermişik və verməkdə davam edirik. Bizim ağrımız Şuşadır, Lacındır, Kəlbəcərdir və ən böyük ağrımız Xocalıdır. O Xocalı ki, orda bizə sırf türk oldugumuza, azərbaycanlı olduğumuza görə soyqırım törədildi, zülm verildi, insanlarımız diri-diri yandırıldı, uşaqlarımızın yaşlılarımızın başı kəsildi, qadınlarımıza təcavüz edildi, onların namusuna toxunuldu, analıq hisslərini heçə sayaraq övladları gözü önündə öldürüldü, işgəncələr verildi. Lakin buna baxmayaraq heç bir azərbaycanlı əsgəri, düşmən millətinə aid olsa da heç bir qadına, uşağa toxunmadı. Təbii ki,  əsgər paltarı geyinib vuruşan, əlinə silah alıb bizə güllə atan hər kəs cinsindən asılı olmayaraq düşməndir və lazımı cavabını almalıdır. Lakin bizim əsgərimiz, kişimiz erməni xislətli deyil. Paşinyanın erməni xisləti, anlayışı bəlkə də bunu anlamaz. Lakin bizdə qadın tüfəngi o zaman əlinə alar ki, artık başsız qalar, torpağnı, evini, özünü, namusunu, övladını özü qoruyar. Nə qədər ki, onu qoruyan kişi var, qadın ona arxalanar”.

 

R.Məmmədova bütün bunlara əsaslanaraq bildirib ki, Qüdrət Həsənguliyevin dediyi bu sözlər vandal erməniyə qəzəbindən yaranıb. Deputat gözəl bilir ki, biz Azərbaycan türkü olaraq heç bir zaman, heç bir qadına, kiminsə həyat yoldaşına düşmən olsa belə, əsir düşsə belə hörmətlə yanaşmışıq.

 

Politoloq bildirib ki, müharibənin öz qanunları olsa da, hər millət ona öz ədəbi ilə yanaşır:

 

“Azərbaycan milləti tarixən öz ləyaqətini qoruyub və bu cür bəyanat verən deputat bunu anlamalıdır. Görünür, yeni seçilmiş parlamentdəki millət vəkillərimizin yerləri o gedər istidir ki, artıq sözlərinə heç bir məsuliyyət hissini hiss etmirlər. Son zamanlarda bəzi millət vəkillərinin anormal bəyanatları onların hec də yerində olmamaları və siyasətə xobbi kimi baxmaları ilə əlaqəlidir. Çox təssüf ki, bugünkü reallığı görməzdən gəlmək olmaz və yeni parlament lazımi dərəcədə effekt vermir”.

 

“Əgər Akopyan silahı Azərbaycanın dinc əhalisinə tuşlayacaqsa...”

 

“Hürriyyət qəzetinin baş redaktoru Vüqar Məmmədov bildirib ki, müharibə elə bir dəhşətdir ki, orada döyüşçünün kişisi-qadını olmur:

 

“Qadınlar həmişə müharibələrdə tək tibb bacısı kimi yox, sinayperçi kimi də istifadə olunub. Müharibəyə gedən qadınlar orada qadın kimi yox, döyüşçü kimi iştirak edirlər. Əgər Akopyan döyüşə hazırlaşıb, silahı Azərbaycanın dinc əhalisinə tuşlayacaqsa, ya öldürülməlidir, ya da girov götürülməlidir. Bu baxımdan mən Qüdrət Həsənquliyevin qaldırdığı məsələ ilə tamamilə razıyam. Yəni burda qeyri-adi bir şey yoxdur. Bizə silah tuşlayan qadını, öldürməkdənsə, girov götürmək daha yaxşı olar. Bir tərəfdən də bu, Paşinyan üçün də dərs olar ki, arvadını silahlandırıb döyüşə göndərməməli idi. Bunlar döyüşə göndərmək üçün kişi tapa bilmirlər, ona görə də öz arvadlarını müharibəyə göndərirlər. Həmin o Akopyan isə bir yandan sülhdən danışır, bir yandan da əlinə silah alıb müxtəlif pozlar verir. Ölmək istəmirsə, evində oturub bozbaşını bişirsin. Çünki müharibənin öz qanunları var” .

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

Rusiya Fransanı ciddi qəbul etmir?

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər