“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

19:42 24-09-2020 | icon 1135 | Siyasət
“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Rus sülhməramlı qüvvələri Azərbaycanın ərazisində yerləşə bilməz”

 

Ermənistanın Rusiyanın əli ilə işğal etdiyi Azərbaycan ərazilərində hansı oyunlardan çıxdığı və hansı cinayətlərə əl atdığı bəllidir. Aparılan danışıqlar prosesində münaqişənin nizamlanma missiyasını yerinə yetirən həmsdər dövlətləri işğalçıya qarşı hər hansı sərt reaksiya vermir, əvəzində öz maraqları daxilində xarici dövlətlərdən Dağlıq Qarabağa edilən səfərlərə, edilən köçlərə, maddi-mədəniyyət abidələrimizin dağıdılmasına, Azərbaycana qarşı törədilən saysız haqsızlığa qarşı, KOR, KAR qalırırlar. Bütün bu təxribatçı əməlləri ilə Ermənistan açıq şəkildə danışıqları, beynəlxalq hüququ vecə almadığını və Azərbaycanı müharibəyə təhrik etdiyini bəyan edir.

 

Bütün bunların fonunda Rusiya rəsmiləri xarici işlər naziri Sergey Lavrovun timsalında “danışıqlar immitasiyasını” yenidən canlandırmaq istəyir. Bu məsələ Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti  ilə Moskvada baş tutan görüşündə önə çəkilib. Lavrov, “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır” – deyib.

Rusiya danışıqları yenidən canlandırmaq və Azərbaycanı əldən verməmək hərisliyi ilə öz sülhməramlılarını ərazilərimizdə yerləşdirmək ideyası üzərində yenidən çabalayır.

Bu məsələ Azərbaycan siyasi camiyəsi, politoloqlar tərəfindən birmənalı qarşılanmayıb.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, biz Lavrovun bu nağıllarına son qoymalıyıq. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, Lavrov gəlib ərazilərimizdə hərbçilərini yerləşdirib bizə yeni diqtələr eləsin.

 

“Dağlıq Qarabağ Azərbaycanın əzəli, dədə-baba torpağıdır və ruslar erməni qoşunlarının ərazilərimizdən çıxartmalıdırlar”.

 

H.Hacıyev bildirib ki, heç kim öz torpaqlarını anası erməni olan Lavrovun istəyi ilə başqaların;n cənginə salmaq fikrində deyil:

“Torpaq bizimdir və erməni terrorçularının ərazilərimizdəki yuvası dağıdılmalıdır. 30 ildir ermənilər bizim torpaqlarda “nə əkib, nə biçiblərsə”, onlara bəs edər. Biz Moskvanın dediyi “5 rayon qaytarılsın, 2 rayon qalsın” prinsipui ilə razılaşa bilmərik. Biz rayonlarımızı bütünlüklə alacağıq”.

 

Bu gün ordumuzda yüksək əhval-ruhiyənin olduğunu önə çəkən partiya sədri Azərbaycan vətəndaşlarının bir qarış torpağından da keçməyəcəyini deyib:

 

“Sülhməramlı qüvvələr də Azərbaycanın ərazisində yerləşə bilməz.  Çünki illərdir Rusiya hərbi hissəsini Ermənistanda yerləşdirib və bizə qarşı döyüşürlər. Bu gün məhz qardaş Türkiyənin ordusu Azərbaycanda olmalıdır. Biz toraqlarımız erməni terrorçularından azad etməliyik. Biz demirik ki, erməniləri qovaq çıxıb getsinlər. Kim Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına tabe olacaqsa, Azərbaycanda yaşaya nbilər. Amma bundan sonra biz kiminsə diktovkası ilə gedən deyilik. Lavrov bizim sahibimiz deyil Azərbaycan xalqı öz torpağının yiyəsidir və onun üçün canını verməyə hazırdır”.

 

Politoloq Fikrət Sadıqov bildirib ki, Rusiya ümid etməsin ki, sülhməramlı qüvvələri Qarabağda yerləşdirəcək. Azərbaycan heç vaxt buna razılıq verməyəcək. Onun sözlərinə görə, Rusiya danışıları yenidən aktiv fazaya gətirib özünün əsas söz sahibi olduğunu yenidən diqtə etməyə çalışır:

 

“Bu məsələ əvvəl Madrid prinsiplərində öz əksini tapmışdı. Görünür Lavrov Madrid prinsiplərini bərpa etmək istəyir. Lakin Rusiya danışıqları davam etmək istəyirsə, birinci növbədə öz müttəfiqini razı salmalıdır. Çünki ermənilər danışıqlardan imtina edir və bunun üçün kifayət qədər təxribatlar törədiblər. Danışıqlar o halda bərpa oluna bilər ki, Ermənistan torpaqların işğaldan azad olunmasında real addımlar atsın”.

 

Azərbaycanın heç bir zaman sülhməramlıların regionda yerləşdirilməsinə razı olmadığını deyən politoloq, bildirib ki, danışıqlar prosesi ölü nöqtədən tərpənmədiyi üçün Lavrovun bu fikirləri sözdən başqa bir şey deyil:

 

“Toraqların azad olunması və işğalçılar torpaqlardan gedəndən sonra bu məsələ həll oluna bilər. Bu danışıqlar prosesində həll olunmalıdır. Lavrov belə bir təklif irəli sürürsə, öz müttəfiqinə təzyiq etməli və Ermənistanı başa salmalıdır. İnanıram ki, Rusiya Ermənistanın onun başa düşdüyü dildə başa sala bilər. Yox, Rusiya yalandan söz deyirsə, danışıqları ermənilər rədd edəcəksə, faktki olaraq məsələ həll olunmamış qalacaq”.

 

F.Sadıqov eyni zamanda bildirib ki, Azərbaycan danışıqlara o zaman qayıda bilərik ki, bu istiqamətdə konkret plan cızılsın və Ermənistan buna dəvət olunsun:

 

“Real addımlara keçilməlidr. Bilirik ki, buna görə Rusiya Ermənstana sanksiyalar tətbiq etməyəcək. Bunlar bir-birinə yaxın dövlətlərdir. Lakin bu gün görünür ki, Rusiya Paşinyan rejimindən narazıdır. Rusiya bunu gizləmir. Belə bir fonda belə bəyanatları real qəbul etmık lazımdır. Bu Ermənistana diplomatik təziq kimi qəbul etmək olar”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər