"Lavrovun söylədiyi şərtlər Azərbaycan tərəfindən qəbuledilməzdir"

08:24 25-09-2020 | icon 501 | Siyasət
"Lavrovun söylədiyi şərtlər Azərbaycan tərəfindən qəbuledilməzdir"

Əlisahib Hüseynov: "Bu şərtlərin arxasında çox uzağa gedən hədəflər, niyyətlər gizlənir"

 

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə Moskvada görüş zamanı Azərbaycanın işğal altındakı 5 rayonunun qaytarılmasını, kommunikasiya xətlərinin açılmasını və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd etməsinin istər cəmiyyətimiz tərəfindən, istərsə də siyasilər tərəfindən birmənalı qarşılanmaması anlaşılandır. Bildiyiniz kimi, əksər insanlarımızın bu bəyanata münasibəti mənfidir. Çünki insanlarımız haqlı olaraq narahatlıq hissi keçirirlər ki, bu plana əsasən, 5 rayonun qaytarılmasının müqabilində Rusiya "sülhməramlılar" adıyla öz qoşun kontingentini bölgəyə yerləşdirə və üstəgəl, Ermənistanla sərhədlərin açılmasını tələb edə bilər".

 
 
Versus.Az xəbər verir ki, bunu S.Lavrovun fikirləri ilə bağlı açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 

Bu şərtlərin Azərbaycan tərəfindən qəti şəkildə qəbuledilməz olduğunu vurğulayan partiya sədri qeyd edib ki, bu şərtlərin arxasında çox uzağa gedən hədəflər, niyyətlər gizlənir:
 
 
"Biz dırnaqarası "sülhməramlı" qüvvələrin bölgəyə yerləşdirilməsi ilə bütövlükdə Dağlıq Qarabağı itirmək təhlükəsi ilə üzləşə bilərik. Bu yolla Dağlıq Qarabağ Azərbaycandan həmişəlik alına, qoparıla bilər. Nəticədə isə ölkəmiz öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək imkanından məhrum olunacaq. Biz bunu Rusiyanın indiyə qədər müxtəlif münaqişə bölgələrində sərgilədiyi "sülhyaratma" təcrübəsindən görmüşük, bilirik. Odur ki, bu cür hiylə və məkrlə yoğrulmuş şərtlərdən birmənalı şəkildə imtina etməliyik. Şərtləri Lavrovlar, Paşinyanlar yox, yalnız İlham Əliyev diktə edə bilər. İlham Əliyev də şərtini artıq bəyan edib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi bizim bir şərtimiz var - işğalçı qoşunlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar!"
 
 
LƏMAN
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin